Site icon Frame.az

Azercell əməkdaşları bilik və təcrübələrini tələbələr ilə bölüşdülər

Şirkət “Qış Məktəbi” layihəsində SABAH tələbələrinə dəstək oldu

 Azərbaycanda gənclərin peşəkar və fərdi inkişafına daim dəstək olan, Korporativ Sosial Məsuliyyət strategiyasında təhsilin inkişafına tövhə verən “Azercell Telekom” MMC , Azərbaycan RespublikasıTəhsil Nazirliyi SABAH Qrupları Karyera Akademiyası   proqramı çərçivəsində daha bir layihəyə dəstək verdi. Belə ki, 12-14 fevral tarixlərində Qubada təşkil edilmiş SABAH Karyera Qış Məktəbində Azercell şirkətinin əməkdaşları tələbələrə təlimlər keçib, bilik və təcrübələrini onlar ilə bölüşüblər. Azercell Akademiyasının peşəkar təlimçiləri Vahida Orucova, Sevinc Teymurova və Ceyhun Süleymanov “Təqdimat Bacarıqları” və “Karyera brendini yarat” mövzusunda təşkil olunmuş master-klassda tələbələr qarşısına çıxış ediblər. İki gün davam edən təlimin sonunda iştirakçılara sertifikatlar təqdim edilib. Onu da bildirək ki, Azercell əməklaşları 2017 və 2018-ci illərdə təşkil olunanSABAH Karyera Qış Məktəbi layihəsində həmçinin fəal iştirak ediblər. Ötən illərdə olduğu kimi, bu il də  təlimlərdə əsas istiqamət karyera quruculuğu üzrə fundamental bacarıqların inkişafı olub.

Qeyd edək ki, 2017-ci ildə Təhsil Nazirliyi SABAH qrupları və “Azercell Telekom” MMC arasında memorandum imzalanıb. Memoranduma əsasən, Azercell şirkəti tərəfindən təşkil edilən Tələbə Təqaüd Proqramı və Təcrübə Proqramı çərçivəsində Azərbaycan Respublikası Təhsil Nazirliyinin SABAH qrupları tələbələri üçün hər il xüsusi yerlər ayırılır. Belə ki, Tələbə Təqaüd Proqramının 2019-cu il üzrə 25 qalibindən 9-u, məhz SABAH qruplarının tələbəri olub. Qaliblər ali təhsillərinin sonunadək Azercell-dən 200 AZN məbləğində aylıq təqaüd almaqla yanaşı, telekommunikasiya sahəsi haqda biliklərini artırmaq, şirkətin korporativ tədbirlərinə dəvət almaq, müxtəlif təlimlərdə, məlumat sessiyalarında və kurslarda iştirak etmək imkanını əldə edəcəklər. Əlavə olaraq, son 2 ildə 25 SABAH tələbəsi Azercell-in Tələbə Təcrübə Proqramı çərçivəsində təcrübə keçmək imkanına malik olmuşdular. Onlardan biri isə artıq Azercell Ailəsinə belə qoşulub.

Məlumat üçün bildirək ki,  Təhsil Nazirliyi SABAH qrupları  ali təhsil sistemində yeni və fərqli bir mühitin yaradılması,  tədrisin keyfiyyətinin yüksəldilməsi,savadlı, bacarıqlı və hazırlıqlı tələbə yetişdirilməsi, əmək bazarının artan tələblərinə müvafiq olaraq kadr hazırlığının təmin edilməsi məqsədilə yaradılmış, ali təhsil sistemində innovativ və aparıcı bir layihədir.

Frame.az

 

Exit mobile version