Azercell Telekom 2019-cu ilin dekabr ayının 3-dən 6-a kimi Bakı Ekspo Mərkəzində keçirilmiş “Bakutel”- Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisinin 25-ci Yubileyində baş sponsor və innovativ xidmətlərin təqdimatçısı qismində iştirak edib. “Bakutel 2019” sərgisində bütün ziyarətçilər tərəfindən böyük maraqla qarşılanan şirkət stendi təşkilatçılar tərəfindən “Ən yaxşı stend dizaynına görə” xüsusi sertifikatla təltif edilib.
Ötən ay Bakının Fəvvarələr Meydanında ilk dəfə 5G sürət sınağını həyata keçirən Azercell şirkəti hazırda 5G, Süni İntellekt (Aİ) və Əşyaların İnterneti (İoT) sahəsindəki ən son texnoloji nailiyyətləri yerli bazara gətirməklə, şirkətin məhsullar portfelini zənginləşdirmək üzərində çalışır. Şirkətin hədəfi gələcəyin cəmiyyətini və iqtisadiyyatını formalaşdıran texnoloji tendensiyalarla ayaqlaşmağı öndə tutaraq yüksək sürətli mobil internet və daimi bağlantını bütün abunəçilər üçün təmin etməkdir.
Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz.