Site icon Frame.az

Azercell Asan İmza xidmətinin aktivləşdirilməsinə dəstək olmağa davam edir

“Bağlantını asanlaşdırır, həyatı daha dolğun edirik” strateji məqsədini rəhbər tutaraq “Azercell Telekom” Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Ahıl şəxslər üçün Sosial Xidmət müəssisəsinin əməkdaşlarına Asan İmza xidmətinin aktivləşdirməsində dəstək olub.

Azercell-in Müştəri Xidmətləri təmsilçiləri Bilgəh qəsəbəsində yerləşən müəssisəyə səfər edərək, yerində 100-ə yaxın əməkdaşa xidmət göstəriblər. Mobil elektron imza xidmətinin aktivləşdirilməsi abunəçilərə 650-dən artıq dövlət və özəl sahədəki elektron xidmətlərdən asanlıqla istifadə imkanı yaradır. Azercell bir daha xatırladır ki, abunəçilər “Asan İmza” xidmətli SİM kartın müddətini Müştəri Xidmətləri Mərkəzlərinə getmədən, sadəcə SMS vasitəsilə uzada bilər.

 

Exit mobile version