IqtisadiyyatMobil dünyaTurizmTəqdimat

® “Azercell” “Bölgələrə daha yaxın” şüarı ilə həyata keçən səfərlərini uğurla yekunlaşdırıb

Lider mobil operator bölgə sakinlərini yeni məhsulları ilə tanış edib

İyulun 12-dən etibarən regionlarımızı “Bölgələrə daha yaxın” şüarı altında gəzən “Azercell” səfərlərini uğurla tamamlayıb. Özündə silsiləvi tədbirləri cəmləşdirən kampaniya 2 həftə boyunca davam edib.

Xaçmaz, Quba, Şəki, Gəncə, Bərdə, Cəlilabad da daxil olmaqla ümumilikdə 14 bölgəni əhatə edən tədbirdə abunəçilərə yeni məhsullar və xidmətlər təqdim olunub. Kampaniya çərçivəsində sonuncu görüş isə iyulun 25-də Füzuli rayonunda baş tutub.

Aksiyanın davam etdiyi müddət ərzində bölgədəki abunəçilər ilə sıx ünsiyyət yaradılaraq onların bütün sualları cavablandırılıb.

“Azercell” tədbir ziyarətçilərini maraqlı təkliflər ilə tanış edib, qonaqlar üçün müxtəlif oyunlar keçirilib və hədiyyələr paylanılıb.

Kampaniya müddətində lider mobil operator rəsmi instaqram səhifəsində də müxtəlif müsabiqələr keçirərək izləyicilərinə internet paketləri qazanmaq imkanı yaradıb.

Ölkənin lider mobil operatoru “Azercell” abunəçilərini yeni layihələri ilə sevindirməyə davam edəcək.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!