Mobil dünyaTanış OlaqTəqdimat

Azercell-in bölgələrdə daha bir eksklüziv mağazası indi Xaçmazda

Azərbaycanın lider mobil operatoru Azercell Telekom yeni konsepsiyaya uyğun magazalarının sayını artırmaqda davam edir. Paytaxt və regionlarda yeni tipli eksklüziv mağazaları genişləndirməyi planlaşdıran Azercell 7 fevral tarixindəXaçmazda yeni konsepsiyaya uyğun Eksklüziv mağazasının açılışını edib.Xaçmaz şəhəri,Nəriman Nərimanov küç. 40 ünvanında yerləşən bu mağaza ən müasir avadanlıqla təchiz olunaraq yeni Nordik konsepsiyasına uyğun olaraq təşkil olunub. Mağazanın xüsusi özəlliyi ofisdə acıq sahələrin mövcudluğu, servislərin və seçim imkanlarının rahatlığıdır. Belə ki, burada abunəçilər istədiyi məhsulu tədqiq və müqayisə edə, sınaqdan keçirə bilərlər. Düzgün seçim etməkdə, xidmətləri qoşmaqda və digər məsələlərdə isə müştərilərə peşəkar satıcılar dəstək olur. Bu mağazada da “izahlı qaimə” və “addan-ada” əməliyyatları istisna olmaqla, digər müştəri xidmətləri mərkəzlərində təqdim olunan bütün əməliyyatlar icra olunur. Burada abunəçilər mobil texnologiyaları dəstəkləyən müxtəlif aksessuralar, cihazlar əldə edə, eyni zamanda mobil telefonları kredit və nağd şəkildə ala bilərlər. Qeyd edək ki, Xaçmazda fəaliyyət göstərəcək mağaza bazar ertəsi-şənbə fasiləsiz olaraq səhər saat 9:00-dan axşam 19:00-a qədər abunəçilərin ixtiyarına verilir.

Yeni ofisin açılış günündə Azercell müştərilərinə özəl hədiyyə olaraq daha bir endirimli kampaniyasını təqdim edib. Belə ki, açılış günüXaçmaz Azercell Eksklüziv mağazasından alış-veriş edən müştərilər, xərclədikləri məbləğin düz 50% dəyərində hədiyyə əldə ediblər.

Azercell Telekom il ərzindəyeni konsepsiyalı Eksklüziv mağazalarını ölkə boyu genişləndirərək abunəçilərə daha rahat və faydalı xidmət göstərəcək.

Frame.az

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!