IqtisadiyyatMobil dünyaTurizmTəhsilTəqdimat

“AZERCELL CUP” müsabiqəsinin birinci mərhələsi başa çatıb

“Azercell Telekom” MMC-nin Elm və Təhsil Nazirliyi ilə birgə əməkdaşlıqda noyabrın 19-da təşkil etdiyi proqramlaşdırma üzrə “AZERCELL CUP” müsabiqəsinin birinci mərhələsi yekunlaşıb.

Nəticələrə əsasən 200 və daha artıq bal toplayan şagirdlər növbəti turda iştirak etmək hüququ qazanıblar. Qeyd edək ki, “AZERCELL CUP” informatika və kompüter elmləri sahəsində məktəb təhsilinin dəstəklənməsi, həmçinin məktəblilərin alqoritmik düşünmə qabiliyyətinin inkişafı məqsədi ilə keçirilir.

Müsabiqənin ikinci mərhələsi dekabr ayının ikinci ongünlüyündə əyani formatda keçiriləcək. Tarix dəqiqləşdikdən sonra iştirakçılara məlumat təhsil aldıqları ümumtəhsil müəssisələri vasitəsilə göndəriləcək. Qalib elan olunacaq 30-a yaxın şagird diplom və medallarla, həmçinin “Azercell Telekom” MMC tərəfindən dəyərli hədiyyələrlə təltif olunacaqlar.

Yüksək nəticələr göstərən iştirakçılar Elm və Təhsil Nazirliyi tərəfindən təşkil edilən Beynəlxalq Olimpiadalara hazırlıq proqramlarında iştirak etmək imkanı qazanacaqlar.

Ölkənin lider mobil operatoru 2017-ci ildən etibarən informatika fənni üzrə olimpiadalara hazırlıq prosesində məktəblilərə dəstək olur, gəncləri kompüter mühəndisliyi və proqramlaşdırma sahəsinə cəlb etməklə texnoloji gələcəyin qurulmasına töhfə verir.

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!