EventsMobil dünyaTəqdimat

Azercell-dən bol hədiyyəli yubiley ayı!

25 ilini qeyd edən mobil operator abunəçilərinə təşəkkür edir

Dekabrın 15-də fəaliyyətinin 25-ci ilini tamamlayan “Azercell Telekom” MMC bu illər ərzində abunəçilərini daim keyfiyyətli rabitə, sürətli internet və texnoloji yeniliklərlə təmin etmək üçün çalışıb. Əsrin dörddəbirini geridə qoyan mobil operator bu əlamətdar tarixi 5 milyon abunəçisi ilə birlikdə qeyd edir.

“Azercell” komandası bu illər ərzində onu seçən və ona güvənən bütün abunəçilərinə təşəkkür edir və minnətdarlığının ifadəsi olaraq bol hədiyyəli yubiley ayını elan edir.

Dekabrın 15-dən yanvarın 15-dək kampaniya müddətində “Azercell”in rəsmi sosial şəbəkə səhifələrində əyləncəli və sürpriz dolu müsabiqələr keçiriləcək. Müsabiqələrin keçirilməsi və şərtləri barədə istifadəçilər sosial səhifə və digər kommunikasiya kanalları vasitəsilə əvvəlcədən məlumatlandırılacaq.

Yubiley aylığında milyonlarla abunəçi əyləncəli vaxt keçirməklə yanaşı, “Azercell”dən də dəyərli hədiyyələr qazanacaqlar.

Ölkədə ilk dəfə GSM texnologiyasını, 4G texnologiyasını tətbiq edən, 5G texnologiyasının pilot şəbəkəsini test edən, 24/7 rejimdə çalışan Çağrı mərkəzi quran və bu kimi bir çox ilklərə imza atan “Azercell” 25 illik fəaliyyəti ərzində ölkənin mobil rabitə bazarında lider mövqeyini möhkəmləndirib. Müqəddəs Vətən müharibəsi nəticəsində işğaldan azad edilən torpaqlarda ilk stansiya quran, həmin ərazilərdən ilk bağlantı yaradan da məhz “Azercell” olub.

Şəbəkəsini bütün ölkə ərazisində genişləndirməkdə olan “Azercell” indi “Bağlantını asanlaşdırır, həyatı daha dolğun edirik!” məqsədi və “Sənə yaxın gələcək” şüarı ilə tamamilə fərqli bir rəqəmsal eraya qədəm qoyur. Yeni kommunikasiya konsepsiyası bir azərbaycanlı ailənin gündəlik həyat hekayələri əsasında hazırlanaraq, müasir rəqəmsal və kommunikasiya həllərinin müştərilərə daha əlçatan və daha yaxın olduğunu göstərir. Məhz innovativ rəqəmsal həllər insanların həyat keyfiyyətini yaxşılaşdırmağa, təhlükəsizliyi artırmağa daha da böyük töhfə verəcək.

“Azercell”in hədiyyə dolu yubiley ayına qatılmaq və dəyərli hədiyyələr qazanmaq üçün hər kəsi şirkətin sosial media hesablarını izləməyə dəvət edirik:

Facebook: https://www.facebook.com/azercell

Instagram: https://www.instagram.com/azercell/

LinkedIn: https://www.linkedin.com/company/azercell/

TikTok: https://www.tiktok.com/@azercell_official

Twitter: https://twitter.com/Azercell

YouTube: https://www.youtube.com/AzercellAds

“Azercell”-“Sənə yaxın gələcək”.

Daha ətraflı məlumat üçün “news@mcs.az” ünvanına müraciət edə bilərsiniz.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!