IqtisadiyyatMobil dünyaTurizmTəqdimat

Azercell-dən Türkiyəyə dəstək məqsədilə ianə imkanları

Yardım etmək istəyən abunəçilər mobil telefon üzərindən “Nargis” Fondu və Azərbaycan Qızıl Aypara Cəmiyyətinə ianə edə bilərlər.

(®️) “Azercell Telekom” MMC “Nargis” Fondu və Azərbaycan Qızıl Aypara Cəmiyyəti ilə birgə Türkiyədə baş vermiş təbii fəlakətin nəticələrinin aradan qaldırılmasına töhfə vermək, Türkiyə xalqına dəstək olmaq istəyən abunəçilərinə ianə etmək üçün qısa nömrə təqdim edib.

Azercell abunəçiləri bir həftə boyunca 7303 qısa nömrəsinə 1, 2, 3, 4, 5, 6, 7, 8, və ya 9 rəqəmini yazıb SMS göndərməklə öz balansından həmin məbləğdə “Nargis” Fondu üzərindən Türkiyə xalqına dəstək məqsədilə ianə edə bilərlər.

Abunəçilərin həmçinin Azərbaycan Qızıl Aypara Cəmiyyəti vasitəsilə də bu xeyirxah təşəbbüsə qoşulmaq imkanı var. 8116 qısa nömrəsinə 1, 2, 3, 4, 5, 10, 15, 20, 30 və ya 50 açar sözü göndərməklə müvafiq məbləğdə ianə etmək olar.

SMS-lərin göndərilməsi üçün abunəçilərdən xidmət haqqı tutulmur. Sorğunu  göndərdikdən sonra abunəçilərə ödənişin statusu ilə bağlı cavab gəlir. Ətraflı məlumat üçün +994125265493 (“Nargis” Fondu) nömrəsinə,  www.yardim.et  (Azərbaycan Qızıl Aypara Cəmiyyəti) səhifəsinə müraciət etmək olar.

Qeyd edək ki, Azercell əməkdaşlarından ibarət “Azercell Könüllüləri” komandası da Türkiyəyə dəstək məqsədilə yardım aksiyası başladıb.

Azercell şirkəti Türkiyə xalqına səbir və bu fəlakətin nəticələrinin ən qısa zamanda aradan qaldırılmasını diləyir.

 #TürkiyəSəninləyik

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!