IqtisadiyyatMobil dünyaTəqdimatƏn Son

Azercell-in 4G istifadəçilərinin sayı 3 dəfə artıb

Şirkət yeni nəsil texnologiyaların tətbiqinə hazırdır

Məqsədi abunəçiləri üçün həyatı asanlaşdırmaq və rəqəmsallaşdırmaq olan “Azercell” şirkəti ölkənin telekommunikasiya sektorunda 49 faiz payla lider mobil operator mövqeyində qərarlaşıb.

“Azercell” ölkədə telekommunikasiyanın inkişafına ötən il 59,5 milyon ABŞ dolları, fəaliyyət göstərdiyi 22 il ərzində isə 1 milyard 527 milyon dollardan çox sərmayə yatırıb. Şirkət 2018-ci ildə insan qaynaqlarının inkişafına 880 min dollaradək, sosial layihələrə isə 266 min dollardan çox vəsait xərcləyib.

İl ərzində şirkətin yeni sərmayələri nəticəsində 4G istifadəçilərinin sayı 3 dəfə artıb. 4G şəbəkəsinin coğrafi ərazi əhatə dairəsində 61,4 faiz, əhali əhatə dairəsində isə 86,2 faiz artım qeydə alınıb. Günlük 4G internet istifadəsində müşahidə olunan artım 49,6 faiz təşkil edib.

4G üzərindən sürətli mobil internetdən faydalana biləcək insanların sayının artması üçün şirkət ilboyu müştərilərə yeni və əlverişli telefon kampaniyaları təqdim edib. Nəticədə “Azercell” müştərilərinin 60 faizdən çoxu smartfon istifadəçisinə çevrilib.

“Azercell”in ötən ildə ümumi mobil internet trafiki 55 faiz, LTE mobil trafiki isə 199 faiz artıb.

Hazırda regionlarda şəbəkənin genişləndirilməsi üzərində fəal iş gedir, martda rayon mərkəzlərində 4G şəbəkəsi təmin edilib. Bu müddət ərzində ümumilikdə 770 4G stansiyası quraşdırılıb.

4G şəbəkəsinin genişləndirilməsi şirkətin bu gün üçün prioritet fəaliyyət istiqamətlərindən biri olaraq qalır. Bu planın 2019-cu ilin III rübündə tamamən yerinə yetirilməsi nəzərdə tutulub.

Ölkə daxili şəbəkənin genişləndirilməsi ilə yanaşı, “Azercell” ötən il ərzində rominq üzrə 19 yeni ölkə ilə saziş bağlayıb. Eyni zamanda, lider operator abunəçilərinə 50 ölkədə fəaliyyət göstərən 80 operatorun şəbəkəsində istifadəni nəzərdə tutan xüsusi internet paketləri təqdim edib.

Şirkət, həmçinin Bakı Metropolitenində mobil rabitənin keyfiyyətinin artırılması istiqamətində müvafiq tədbirlər görür. Birinci mərhələdə bu il daha yüksək sıxlıq müşahidə edilən stansiyalar 4G şəbəkəsi ilə əhatə ediləcək. Gələn il isə rabitə yalnız platformalarda deyil, tunellərdə də daha sürətli olacaq.

Bununla yanaşı, gələcəyin texnologiyası olan 5G şəbəkəsinin qurulması üzrə də fəal danışıqlar gedir, texniki avadanlığın xüsusiyyətləri müəyyən edilir. Ən yaxşı modeli seçdikdən sonra, şirkət pilot layihəni həyata keçirməyə başlayacaq.

Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!