Azercell-in dəstəyi ilə Vətən müharibəsi qaziləri və şəhid övladları üçün keçirilən peşə təlimləri başa çatıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycanda Amerika Ticarət Palatası İctimai Birliyinin (AmCham Azərbaycan), “Azercell Telekom” MMC-nin və Azərbaycan Gənclərinin Nailiyyəti İctimai Birliyinin (JA Azərbaycan) tərəfdaşlığı ilə Vətən müharibəsi  qaziləri və şəhid övladları üçün həyata keçirilən  sosial təşəbbüs başa çatıb. İyulun 6-da Marriot Boulevard oteldə baş tutan mərasimdə layihə çərçivəsində peşə istiqamətini seçməyə vəpeşəkar potensiallarını reallaşdırmağa yönəlmiş təlimlərə qatılan proqram iştirakçılarına xüsusi sertifikatlar təqdim edilib.

Qeyd edək ki, iştirakçılar 6 ay boyunca onlayn şəkildə təşkil edilən ingilis dili və kompüter kurslarına cəlb olunub, xüsusilə fərqlənən gənclər isə ölkənin aparıcı şirkətlərində təcrübə keçmək imkanı qazanıblar. Layihənin rəqəmsal tərəfdaşı Azercell proqram iştirakçılarını datakart və yüksəksürətli mobil internet xidmətləri ilə təmin edib.

Tədbirdə çıxış edən Azercell-in Korporativ Ünsiyyət departamentinin direktoru Sona Abbasova bildirdi: “Şirkətimiz şəhid və qazi ailələrinin sosial rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirilən dövlət proqramlarını  daima dəstəkləməyə çalışır,  2-ci Qarabağ müharibəsi zamanı və ondan sonrakı dövrdə bu cür layihələrin  təşəbbüskarı və dəstəkçisi olmaqdan şərəf duyur”.

Xatırladaq ki,  təlimlər  “Celt Colleges” və “JA Azərbaycan”ın peşəkarları tərəfindən həyata keçirilib.

 

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: