IqtisadiyyatMobil dünyaSağlamlıqSosialTəqdimat

Azercell-in dəstəyi ilə fəaliyyət göstərən “Uşaq Qaynar Xətt”i Stokholm konfransında təmsil olunur

2010-cu ildən “Azercell Telekom”un dəstəyi ilə fəaliyyət göstərən “Uşaq Qaynar Xətt”i Uşaq Qaynar Xəttlərinin 10-cu beynəlxalq məsləhətləşmə konfransında iştirak edib.

27-29 sentyabr 2022-ci il tarixlərində Stokholmda baş tutan konfransda xidmətin direktoru Kəmalə Aşumova təşkilatın zəng və müraciətlərə təcili və effektli cavabvermə təcrübəsini bölüşüb. O, auditoriyanı xidmətin qısa nömrəsi olan 116111 və 24/7 rejimdə çalışaraq ehtiyacı olan uşaqlara  dəstək verən mobil tətbiqlər haqqında məlumatlandırıb.

Eləcə də iştirakçılara Uşaq Qaynar Xəttinin təxirəsalınmaz onlayn, ardınca üzbəüz konsultasiyaları və fərdi şəkildə hazırlanan reabilitasiya planları haqqında məlumat verilib. Xidmətin direktoru bu istiqamətdə davamlılığı təmin etmək üçün böyük kommersiya şirkətləri ilə əməkdaşlığın önəmini də vurğulayaraq, Azercell-lə onillik əməkdaşlığı uğurlu nümunə kimi göstərib.

Bundan əlavə, Azərbaycan Uşaq Qaynar Xətti konfrans çərçivəsində baş tutan sərgidə çap və rəqəmsal materiallarını təqdim edib.

10-cu Beynəlxalq Uşaq Qaynar Xətt Konsultasiyasında əsas diqqət xüsusilə Covid-19 və kəskin böhran durumlarından biri olan müharibələr zamanı uşaq və gənclərin mental sağlamlığına yönəldilib. İsveç Kraliçası Əlahəzrət Silvia-nın açılış nitqi ilə çıxış etdiyi konfransda İsveç Uşaq Qaynar Xətti üzvlərinin rəylərinə əsasən, bütün dünyada uşaqların Qaynar Xəttə əsas müraciət etmə səbəbləri psixi sağlamlıq və şiddətlə bağlı olaraq qalır.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!