Mobil dünyaSağlamlıqTəqdimat

Azercell-in Mobil Diş Klinikası pulsuz xidməti davam etdirir

Azercell Telekom MMC-nin Mobil Diş Klinikası ehtiyacı olan ailələrə, kimsəsizlərə, məcburi köçkünlərə pulsuz xidmət göstərməyə davam edir.2018-ci ilin ilk aylarında klinikanın həkimləri yüzlərlə ehtiyacı olan insanları pulsuz müayinə və müalicə ediblər. Yanvar, fevral və mart aylarında bu unikal layihədən Əhmədli qəsəbəsi 3 saylı uşaq evinin sakinlərivə Pirşağa qəsəbəsində fəaliyyət göstərən Xocalı rayonu 2 saylı orta məktəbin 142 şagirdi yararlanıb.

Qeyd edək ki, Azərbaycandakı əksər uşaq evinin stomatoloji kabinetinin olmamasını nəzərə alan Azercell Mobil Diş Klinikasını ən müasir tibbi avadanlıqla təchiz edib. Yalnız Bakıda deyil, regionlarda yaşayan kimsəsiz uşaqlara da yardım etməyi hədəfləyən Mobil Diş klinikası indiyə qədər ölkənin bir çox  rayon və şəhərlərində yerləşən uşaq evləri, internat məktəbləri, uşaq kəndlərindəöz xidmətlərini göstərib.

Fəaliyyət göstərdiyi 7 il ərzində layihə çərçivəsində 4000-dən çox insan Mobil Diş Klinikasının həkimləri tərəfindən müayinə edilib, ehtiyac olduğu tədqirdə müalicə alıb.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!