Azərbaycanın mobil rabitə bazarının lider mobil operatoru “Azercell Telekom” MMC nailiyyətləri sırasına “İnsanların Seçimi üzrə Stevie Mükafatı”-nı əlavə edərək, telekommunikasiya sahəsi üzrə“İlin Ən Sevilən Şirkəti” adını qazanıb. Məlumat üçün bildirək ki, məhzbu nominasiya çərçivəsində şirkətlər beynəlxalq səviyyədə aparılanaçıq səsvermə yolu ilə dəyərləndirilib. Ümumilikdə, sorğuda 22 mindən çox insan iştirak edib. Qaliblər 74 xalqı təmsil edən şirkət və fərdlər tərəfindən irəli sürülmüş 3900-dən artıq namizəd arasından seçilib. 2018-ci ildə ölkəmizdə mobil rabitənin keyfiyyətinin yüksəldilməsi, regionlarda 4G şəbəkəsinin genişləndirilməsi, ölkənin bütün bölgələrində abunəçilərin sürətli internetə çıxışının təmin olunması, müasir xidmətlərin, eləcə də yeni biznes həllərinin tətbiq edilməsi, abunəçi xidmətlərinin modernləşdirilməsi, həmçinin mobil texnologiyalar vasitəsilə həyatın asanlaşdırılması istiqamətində keçirilən layihə və bir sıra digər təşəbbüslər Azercell şirkətinin bu mükafatı qazanmasına əsas verib.
Məlumat üçün bildirək ki, “Stevie” mükafatının məqsədi dünyanın müxtəlif ölkələrində uğur qazanmış şirkətlərin tanıdılmasıdır. Müsabiqənin missiyası nümunəvi təşkilatların profilinin yüksəldilməsi, mətbuat, işgüzar aləm və geniş ictimaiyyət arasında fərqlənən qurumların fəaliyyətinin beynəlxalq səviyyədə qiymətləndirilməsidir.
Qeyd edək ki, Azercell Telekom2018-ci ildə, həmçinin”İlin Telekommunikasiya Şirkəti” və “İlin Korporativ Sosial Məsuliyyət Proqramı (Avropa üzrə)” nominasiyalarında Bürünc “Stevie” mükafatına layiq görülüb.
Frame.az