IqtisadiyyatMobil dünyaTurizmTəhsilTəqdimat

Azercell “Məktəbə qayıdış” kampaniyasını elan edir

15 sentyabr tarixindən etibarən lider mobil operator “Azercell Telekom” “Bookmate” və “Busuu” tətbiqlərinə qoşulan Azercell abunəçiləri üçün “Məktəbə qayıdış” kampaniyasını elan edir. Həmin tarixdə “Bookmate” elektron kitabxanası və “Busuu” məşhur dil öyrənmə tətbiqinə yeni qoşulan Azercell abunəçiləri bu proqramlardan 1 ay ərzində pulsuz – abunə haqqı olmadan istifadə imkanı əldə edir. Kampaniya 15 oktyabr tarixinə qədər davam edəcək.

Xatırladaq ki, “Bookmate” elektron kitabxanası Azərbaycan, rus, ingilis dili ilə yanaşı, daha 13 dildə milyonlarla kitabı elektron formatda əldə etmək imkanını yaradır. Bu tətbiq vasitəsilə məkandan və cihazdan asılı olmayaraq, hətta oflayn rejimdə belə kitabları həm oxumaq, həm də dinləmək mümkündür. Dünyanın top 10 dilöyrənmə platformaları sırasında olan “Busuu” proqramı real vaxt rejimində xarici dilin öyrənilməsini əlçatan edir. Qeyd edək ki, hər iki tətbiqə müxtəlif platformalar: Azercell-in rəsmi saytı, “Kabinetim” tətbiqi, “ABB Mobile” və “Umico” mobil əlavələri üzərindən qoşulmaq olar.

Azercell şirkəti özünün “Bağlantını asanlaşdırır, həyatı daha dolğun edirik” strategiyasına əsaslanaraq fərqli rəqəmsal həllərin abunəçiləri üçün daha əlçatan olmasına çalışaraq, bu istiqamətdə yeni təkliflərini davam etdirəcək.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!