IdmanMobil dünyaTəqdimat

® “Azercell” Milli Olimpiya Komandasına uğurlar arzulayır

İyul ayının 23-ü Tokio Olimpiadasının açılış mərasimi baş tutdu. Milli Olimpiya Komitəsinin və Milli Olimpiya Komandasının məğrur tərəfdaşı “Azercell Telekom” MMC idmançılarımızın yanında olmaqdan qürur duyur, bu mühüm və möhtəşəm tədbirdə onların hər birinə uğurlar diləyir.

Xatırladaq ki, 2020-ci il fevralın 28-də Azərbaycan Milli Olimpiya Komitəsi və “Azercell Telecom” MMC arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.

“Tokio-2020” Yay Olimpiya Oyunları ötən il keçirilməli olsa da, pandemiya səbəbindən təxirə salındı. Bütün dünyanın diqqət mərkəzində olan bu oyunlarda çətin şərtlərə rəğmən dayanmadan məşq edən və yüksək mübarizə əzmi nümayiş etdirən azərbaycanlı idmançılar ölkəmizi 44 nəfərlik heyətlə təmsil edəcək.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!