Şirkət kommunikasiya xidmətləri üzrə aparıcı provayder kimi mükafatlandırılıb
Məlumat üçün bildirək ki, İsveçrənin Luserne şəhərində keçirilən “Keyfiyyətdə Mükəmməllik” Beynəlxalq Konfransı Avropa Biznes Asambleyası (Birləşmiş Krallıq), Oksford Elmi Birliyi (Birləşmiş Krallıq), Avropa Tibb Assosiasiyası (Belçika) və İsveçrə Keyfiyyət Standartları İnstitutunun (İsveçrə) birgə dəstəyi nəticəsində baş tutan illik tədbirdir. 54 ölkədən 200—dən çox regional biznes, professional və elm nümayəndələri bir araya gəldiyi tədbirdə mütəxəssislər biznesin təkmilləşdirilməsi və müsbət sosial transformasiya istiqamətində bir-biri ilə fikir mübadiləsi aparıblar. Konfransda əsas diqqət 4 sektorda mükəmməlliyin rol modellərinə: şəhərin idarəolunması, korporativ, səhiyyə/tibbi səyahət və təhsilin idarəolunması sahələrinə yönəldilib.
Qeyd edək ki,Azercell dəfələrlə yerli və beynəlxalq qurumlar tərəfindən mükafatlandırılıb. Şirkətin qazandığı beynəlxalq mükafatlar sırasında “Stevie Beynəlxalq Biznes”, “Socialbakers Engage Award”, Socially devoted” və s. kimi nüfuzlu mükafatlar yer alır.
Frame.az