Yanvarın 25-də Azercell Telekom MMC-nin prezidenti Vahid Mürsəliyev Azercellin Təqaüdçüsü adına layiq görülən tələbələrlə görüşüb. Görüşdə çıxış edən Vahid Mürsəliyev bildirib ki, bu proqram nəticəsində tələbələr Azercell-də təqaüd almaqla yanaşı telekommunikasiya sahəsi haqda biliklərini artırmaq, şirkətin korporativ tədbirlərinə dəvət almaq, müxtəlif təlimlərdə iştirak etmək və şirkətdə təcrübə keçmək imkanını əldə edəcəklər: “Azercell fəaliyyətə başladığı gündən indiyə qədər gənclərə,tələbələrə dəstək verib. Sizin üçün tələbə və təcrübə proqramları və bir sıra layihələr həyata keçirilib. Təhsil aldığınız universitetlərlə əməkdaşlıq proqramları imzalanıb. Bütün bunlar təhsilimizin inkişafına yönəlik addımlardı”-deyən şirkət prezidenti Azercell-in bundan sonra da tələbələrin yanında olacağını bildirərək, onlara təhsillərində uğurlar diləyib.
Qeyd edək ki, bu il Azercell-in Təqaüd Proqramının qalibləri sırasında Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Iqtisad Universiteti, ADA Universiteti, Azərbaycan RespublikasınınPrezident yanında Dövlət İdarəçilik Akademiyası, Xəzər Universiteti, Qafqaz Universiteti, Gəncə Dövlət Universiteti, Naxçıvan Dövlət Universiteti, Bakı Ali Neft Məktəbi, ADNSU, AzTU, Mingəçevir Dövlət Universiteti, AzMİU və Gəncə Aqrar Universitetinin tələbələri yer alıb.
Adı, soyadı | Universitet | İxtisas |
Rafiq Abbasov | Azərbaycan Dövlət Iqtisad Universiteti | Dünya İqtisadiyyatı |
Dunay Xasaylı | Bakı Dövlət Universiteti | Hüquqşünaslıq |
Əli Ələkbərli | A.R. Prezidentiyanında Dövlət Idarəçilik Akademiyası | Hüquqşünaslıq |
Aynur Əsədli | ADA Universiteti | Beynəlxalq elmləri |
Səbinə Əzimova | A.R. Prezidenti yanında Dövlət Idarəçilik Akademiyası | Kompyuter Elmləri |
Günel Abdullayeva | Bakı Dövlət Universiteti | Hüquqşünaslıq |
Əzim Həşimov | Xəzər Universiteti | Neft-Qaz Mühəndisliyi |
Sultan İsgəndərov | Gəncə Dövlət Universiteti | Kimya-Biologiya müəllimliyi |
Hikmət Cəfərli | Qafqaz Universiteti | Kompyuter Mühəndisliyi |
Rəsul Kərimov | Qafqaz Universiteti | Kompyuter Mühəndisliyi |
Məmməd Hacılı | Qafqaz Universiteti | Kompyuter Mühəndisliyi |
Zümrüd Məlikzadə | Gəncə Dövlət Universiteti | Riyaziyyat-İnformatika |
Kənarə Muradova | Naxçıvan Dövlət Universiteti | Beynəlxalq münasibətlər və xarici dillər |
Mustafa Bünyamin | Qafqaz Universiteti | Maliyyə |
Tərlan Mustafayev | A.R. Prezidenti yanında Dövlət Idarəçilik Akademiyası | Menecment |
Məhəmməd Namazlı | ADNSU | Neft-Qaz Mühəndisliyi |
Aysel Qarayeva | Bakı Dövlət Universiteti | Hüquqşünaslıq |
Könül Qurbanlı | ADA Universiteti | İT vəsistem mühəndisliyi |
İnci Rzayeva | Naxçıvan Dövlət Universiteti | Beynəlxalq münasibətlər |
Asiman Səidzadə | Bakı Ali Neft Məktəbi | Neft-Qaz Mühəndisliyi |
Şahin Xəlilov | AzTU | Kompüter mühəndisliyi |
Həsən Şirəliyev | A.R. Prezidenti yanında Dövlət Idarəçilik Akademiyası | Menecment |
Ələddin Şıxızadə | Qafqaz Universiteti | Kompüter mühəndisliyi |
Tacirə Cəfərova | Mingəçevir Dövlət Universiteti | İqtisadiyyat və İdarəetmə |
Rukiyyə Tağısoy | A.R. Prezidenti yanında Dövlət Idarəçilik Akademiyası | Hüquqşünaslıq |
Təhminə Əzimzadə | AzMİU | Memarlıq |
Nemət Zülfüqarlı | Gəncə Aqrar Universiteti | Mühasibat Uçotu və audit |
Kamilla Nəbiyeva | Bakı Dövlət Universiteti | Beynəlxalq münasibətlər və İqtisadiyyat |
Qeyd edək ki, Tələbə Təqaüd Proqramının seçimləri iki mərhələli olub. Birinci seçim mərhələsi tələbələrin onlayn rejimdə təqdim etdikləri ərizələrin və sənədlərin dəyərləndirilməsindən ibarət olub. Həmin müddətdə Bakı və Bölgə Universitetlərində Azercellin İnsan Qaynaqları mütəxəssisləri tərəfindən təqdimatlar keçirilib. İkinci mərhələdə iştirak edən tələbələrə məntiq məsələlərindən ibarət olan onlayn tapşırıqla yanaşı ingilis dili tapşırığı verilib. Bundan əlavə tələbələr Azercellin İQ mütəxəssisləri və digər departamentlərinin rəhbərləri tərəfindən keçirilən üz-üzə müsahibələrdə iştirak ediblər. Tələbələr akademik bilikləri, dünya görüşü, elmə və təhsilə həvəsi və s. meyarlar əsasında dəyərləndiriliblər.
Məlumat üçün bildirək ki, Azercell şirkəti Tələbə Təqaüd Proqramını 2008-ci ildən etibarən hər tədris ilində təqdim edir. Bu vaxtadək Azərbaycanın müxtəlif universitetlərində təhsil alan 130-dan çox tələbə Azercellin təqaüdçüsü adına layiq görülüb. Frame.az