Azercell şirkəti 71-dən çox pərakəndə satış nöqtəsinə sahib olan və Azərbaycanın elektronika sahəsində aparıcı pərakəndə satış şirkətlərindən biri olan “Optimal Elektronika” MMC ilə yeni müqavilə imzalayaraq, şirkətin rabitə tərəfdaşı olduğu haqqında məlumatı yayımlayır.
Sövdələşməyə əsasən Azercell-in müasir mobil şəbəkəsi üzərindən internet və danışıq xidmətlərindən yararlanmaqla yanaşı, həmçinin “Optimal Elektronika” MMC-yə şirkətin yenilənmiş, idarəedilən rəqəmsal marketinq xidmətləri vasitəsilə öz rabitə xərclərinə nəzarət etmək, onları öncədən təyin etmək və eyni zamanda alıcılarına ən yaxşı müştəri təcrübəsini yaşatmaq fürsətini təklif edir.
“Mən bu razılaşmanı şirkətimizin iş planlarına əsasən iş prosesinin sadələşdirilməsi, əməliyyat effektivliyinin artırılması və əməkdaşlığın gücləndirilməsi istiqamətində mühüm bir addım kimi görürəm. Mürəkkəbliyin azaldılması bizim inkişaf strategiyamızın əsas hissəsidir. Məhsuldarlığı və effektivliyi davamlı olaraq təkmilləşdirməklə, biz müştərilərin ehtiyaclarını daha yaxşı qarşılaya bilərik. Bizim şirkətimizin gələcək inkişafını dəstəkləmək üçün düzgün rabitə platforması təqdim edən Azercell-lə iş birliyindən məmnunam”, – deyə “Optimal Elektronika” şirkətinin direktoru, cənab Əhəd Əsgərov bildirib.