Azercell Telekom idmançı qadınların simasında bütün xanımları təbrik etdi

“Azercell Telekom” MMC Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin və Milli Olimpiya Komandasının məğrur tərəfdaşı olaraq 8 mart Beynəlxalq qadınlar günü münasibətilə idmançı qadınların simasında bütün xanımları təbrik edib.

Öz hüquq və vəzifələrini bilən, öz yolunu seçib ona doğru əzmkarlıqla addımlayan qadın maneələri aşabiləcək və uğur qazana biləcək gücə, ağıla, iradəyə sahib olduğunu sübut etmiş olur; inkişafa, təhsilə, uğura gedən yolda sərhədlərin olmadığını göstərir. Azercell bu günə və bu mövzuya özəl Milli Olimpiya və Paralimpiya Komandasının atletləri olan Afaq Sultanova, Elnarə Abbasova, İlahə Qasımova və Vüsalə Kərimovanın iştirakı ilə videoçarx hazırlayıb. Şirkətin Korporativ Ünsiyyət şöbəsinin rəhbəri Nigar Şıxlinskaya bu layihə haqqında danışarkən aşağıdakıları söyləyib:

“İllər ərzində qadınların necə görünməli, necə davranmalı, hansı xüsusiyyətlərə malik olmalı mövzusunda rəyləri çox eşitmişik, bu mövzu müxtəlif məşhurlar, qurumlar tərəfindən mütəmadi olaraq gündəmə gətirilib. Ən çox da həyatını idmana həsr edən qadınlar bu stereotiplərlə qarşılaşıb. Lakin bizim Milli Olimpiya Komitəsilə məğrur tərəfdaşlığımız, idmançı qadınlarla ünsiyyət bizə onların qəhrəmanlığı, məqsədyönlü olması ilə yanaşı, eyni zamanda gözəl xanım, fədakar ana, uğurlu qadın olduqlarını yaxından müşahidə etmək imkanı yaratdı və bu videoçarxı çəkməyə həvəsləndirdi. Qadın atletlərimizin simasında bütün Azərbaycan xanımlarına həyat məqsədlərinə, arzularına yetmələri üçün kifayər qədər cəsarətli, güclü və xoşbəxt olmağı arzu edirik!”

Qeyd edək ki, bu günədək ölkədə sosial rifahın artırılmasına, digər sahələrlə yanaşı  idmanın inkişafına, eləcə də, sağlam həyat tərzinin təbliğinə yönəlik layihələr həyata keçirən Azercell şirkəti ilə Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi arasında fevral ayının 28-i əməkdaşlıq haqqında Memorandum imzalandı. Şirkət 2021-ci ilin sonunadək Tokio 2020 Yay Olimpiya və Paralimpiya oyunlarında Milli Olimpiya Komandasının məğrur tərəfdaşı kimi çıxış edəcək.

Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz

Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi “Azercell Telekom” MMC 1996-cı ildə təsis edilmişdir. Hazırda 4,5 milyondan artıq abunəçi Azercell-i seçir. Bazar payı 49%; ölkə ərazisi üzrə əhatə dairəsi: 99.2% (işğal altında olan ərazilər istisna olmaqla); ölkə əhalisi üzrə əhatə dairəsi: 99,8% təşkil edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, 24/7 Telefon Mərkəzi (*1111), 7/7 Ön Masa xidmətləri, Azercell Ekspres ofisləri, M2M, 4G və test rejimində 5G texnologiyası, mobil və onlayn müştəri xidmətləri, sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti “Asan İmza” və s. Azercell-in sürətlə böyüyən 4G şəbəkəsi Bakı və Abşeron da daxil olmaqla, ölkənin 60-a yaxın bölgəsini əhatə edir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, Azercell-in 4G şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir. Azercell ölkədə və MDB məkanında beynəlxalq “İnvestors İn People” İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir.®

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: