IqtisadiyyatMobil dünyaTəqdimatƏn SonƏn Son

Azercell Ukraynadakı vəziyyətlə əlaqədar abunəçilərinə dəstəyini davam etdirir!

Lider mobil operator Azərbaycandan Ukrayna istiqamətində edilən zəngləri martın 2-nə qədər pulsuz təqdim edəcək

Ukraynada hərbi vəziyyətlə əlaqədar “Azercell Telekom” MMC hazırda orda olan Azərbaycan vətəndaşları, həmçinin vətəndaşlarımızın bu ölkədə yaşayan doğmaları ilə kəsintisiz rabitə əlaqəsini təmin etmək məqsədilə 27 fevral-2 mart 2022-ci il tarixləri arasında Azərbaycandan Ukrayna istiqamətində edilən telefon zənglərini bütün Azercell abunəçiləri üçün ödənişsiz təqdim edəcək.

Ukrayna istiqamətində mobil rabitə xəttlərində mümkün yüklənmə riskinin və pulsuz bağlantıdan sui-istifadə hallarının qarşısının alınması məqsədilə mobil operator öz abunəçilərdən qeyd edilən güzəştli zəngləri 3 dəqiqə civarında saxlamağı xahiş edir.

Xatırladaq ki, Azercell daha öncə Ukraynada olan abunəçilərinin balansına 50 azn həcmində vəsait yükləmişdir.

Azercell hər zaman abunəçilərinin xidmətindədir: Çağrı Mərkəzi (ümumi əlaqə nömrəsi *1111, fakturasız xətt abunəçiləri üçün (012) 490 49 49, fakturalı xətt abunəçiləri üçün (012) 490 52 52) və Online Dəstək xidməti 24 saat ərzində abunəçilər üçün açıqdır. Əlavə olaraq “Kabinetim” tətbiqi üzərindən də müraciət etmək mümkündür: https://www.azercell.com/az/personal/digital-solutions/kabinetim.html

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!