® “Azercell” Vətən müharibəsində şəhid olmuş və yaralanmış hərbçilərin faktura borcunu bağışlayıb

44 günlük Vətən müharibəsində Azərbaycan Ordusu şanlı tarix yazaraq möhtəşəm Qələbəni əldə etdi. “Azercell Telekom” MMC də qələbənin əsas qəhrəmanı olan Azərbaycan əsgəri və zabitləri üçün güzəşt təşəbbüsünü gerçəkləşdirir.

Ordumuza ehtiram əlaməti olaraq elan edilən yeni təşəbbüs çərçivəsində müharibədə şəhid olan və yaralanan “Azercell”in Fakturalı Xətt abunəçiləri olan qəhrəman vətən övladlarının 2020-ci il dekabrın 7-nə olan borcları tam şəkildə bağışlanır. Bununla yanaşı, səfərbərlik çağırışı əsasında aktiv döyüş əməliyyatlarında iştirak edən “Azercell” abunəçilərinin borclarının ödənilməsinə tərxis olunacaqları vaxtadək möhlət verilir.

Fakturalı Xətt nömrəsinə malik olan yaralılar və müharibə iştirakçıları və yaxud şəhid olmuş əsgərlərin ailə üzvləri bu güzəştdən istifadə etmək üçün təsdiqedici sənədlərlə (şəxsiyyət vəsiqəsi, müvafiq haldan asılı olaraq, şəhid olmanı və ya yaralanmanı təsdiq edən sənədlər) birlikdə aşağıdakı kanallar vasitəsilə “Azercell” şirkətinə müraciət edə bilər:

– “Azercell” müştəri xidmətlərinə e-mail (“customercare@azercell.com”, “musterixidmetleri@azercell.com”) vasitəsilə müraciət etmək mümkündür. Bu zaman yuxarıda qeyd edilən sənədlərin skan surəti müraciətə əlavə edilməlidir.

– Hərbçilərin özləri və ya ailə üzvləri “Azercell” Müştəri Xidmətləri mərkəzlərinə də müraciət edə bilərlər. Bakı və bölgələr üzrə ofislərin ünvanları ilə bu linkdən tanış olmaq mümkündür: “https://www.azercell.com/az/contacts/offices/

Qeyd edək ki, “Azercell Telekom” Vətən müharibəsinin başlandığı ilk gündən Azərbaycan xalqının və Ordunun yanında olub. Şirkət müharibədə şəhid olan Röyal Cəfərovun ailəsini himayəsinə götürüb. “Azercell” erməni terroru ilə üzləşən Gəncə və Bərdə şəhərlərindəki abunəçilərinə, o cümlədən hərbi əməliyyatların gedişini işıqlandıran media nümayəndələrinə rabitə dəstəyi göstərib. İşğaldan azad olunan ərazilərdə ilk rabitə şəbəkəsini quran “Azercell” Silahlı Qüvvələrə Yardım Fonduna 1 milyon manat vəsait də köçürüb.

Daha ətraflı məlumat üçün “news@mcs.az” ünvanına müraciət edə bilərsiniz.

Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük vergiödəyicisi və sərmayəçisi “Azercell Telekom” MMC 1996-cı ildə təsis edilib. Hazırda 5 milyon abunəçi “Azercell”i seçir. Bazar payı 49 faiz, ölkə ərazisi üzrə əhatə dairəsi 89,3 faiz, ölkə əhalisi üzrə əhatə dairəsi 99,8 faiz təşkil edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz “Azercell” gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, 24/7 Telefon Mərkəzi (*1111), 7/7 Ön Masa xidmətləri, “Azercell Ekspres” ofisləri, M2M, 4G, mobil və onlayn müştəri xidmətləri, sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti “ASAN imza” və sair. Mobil operator “Bakutel 2019” sərgisi çərçivəsində Azərbaycanda ilk dəfə pilot rejimdə 5G texnologiyasının sınaqlarını keçirib. “Azercell”in sürətlə böyüyən 4G şəbəkəsi Bakı və Abşeron da daxil olmaqla, ölkənin 60-a yaxın bölgəsini əhatə edir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, “Azercell”in 4G şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirib. “Azercell” ölkədə və MDB məkanında beynəlxalq “Investors In People” İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir. “Azercell” nüfuzlu “STEVIE 2020” müsabiqəsində yüzlərlə təşkilat arasında “İlin telekommunikasiya şirkəti” adını qazanıb, bu nominasiya üzrə ən yüksək pillədə qərarlaşaraq qızıl mükafatı əldə edib.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: