IqtisadiyyatMobil dünyaTurizmTəhsilTəqdimat

Azercell və ADA Universiteti tərəfdaşlıq münasibətlərinin 10 illiyini qeyd edir

Yeni əməkdaşlıq müqaviləsi çərçivəsində ölkənin lider mobil operatoru və ADA Universiteti dayanıqlı İnformasiya və Kommunikasiya texnologiyaları ekosisteminin yaradılmasına töhfə verməyə davam edəcəklər.

Dekabrın 2-si ADA Universitetində baş tutan tədbirdə hər iki təşkilatın nümayəndələri ali təhsil müəssisələri ilə biznes arasında tərəfdaşlığın vacibliyini vurğulayıb və bu cür əməkdaşlıqların geniş əhatə dairəsi barəsində danışıblar.

On il davam edən əməkdaşlıq çərçivəsində “Azercell” ADA Universitetində informasiya texnologiyaları və mühəndislik sahələri üzrə bakalavr təhsili alan tələbələr üçün təqaüdlər ayırıb, təlimlər təşkil edib və şirkətdə təcrübə keçmək imkanı yaradıb. Bununla yanaşı, “Azercell” ADA Universitetinin İKT və sahibkarlıq sahələrində qadınların rolunun gücləndirilməsi istiqamətində təşkil etdiyi layihələrə də öz dəstəyini göstərib.

ADA Universiteti ilə növbəti əməkdaşlıq müqaviləsinə imza atan “Azercell”, Azərbaycanda yeni İKT mütəxəssisləri nəslinin akademik və peşəkar inkişafına töhfə verməyə hazır olduğunu bildirib. Həmçinin mobil operator universitet nəzdində IT həllərinin hazırlanması və texnoloji araşdırmaların aparılması üçün lazımi şəraitin yaradılmasına da köməklik göstərəcək.

Təhsilin tərəqqi və innovasiyanın əsas qayəsi olduğunu diqqət mərkəzində saxlayan “Azercell” bu istiqamətdə görülən işlərə dəstək olmağa davam edəcək.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!