IqtisadiyyatMobil dünyaTurizmTəqdimat

® “Azercell”dən “iPhone 13” telefonları əldə edin və 3 ay ərzində 50GB pulsuz mobil internetdən yararlanın

“Azercell” böyük məmnuniyyətlə oktyabrın 15-dən etibarən uzun müddətdir gözlənilən “iPhone 13”, “iPhone 13 Pro” və “iPhone 13 Mini” smartfonlarının “Azercell”in satış mərkəzlərində müştərilərə təqdim olunacağını elan edir. Ölkə ərazisini yüksək keyfiyyətli 4G şəbəkəsi ilə təmin edən “Azercell Apple” şirkətinin istehsal etdiyi ən yeni nəsil cihazlar ilə inanılmaz sürətdən zövq almaq imkanı yaradır. Belə ki, “Azercell”in Eksklüziv mağazalarından “iPhone 13”, “iPhone 13 Pro” və “iPhone 13 Mini” smartfonları əldə edən müştərilərə ölkənin aparıcı mobil operatoru tərəfindən 3 ay müddətində 50GB həcmində internet paketi hədiyyə olunacaq.

Qeyd edək ki, ölkənin rəqəmsal həllər təchizatçısı olan “Azercell Telecom” “Apple Inc.” şirkətinin Azərbaycandakı eksklüziv telekommunikasiya tərəfdaşıdır. Ən müasir texnologiyanı istifadəçi rahatlığı ilə bir araya gətirən yeni “iPhone” modelləri “Super Retina XDR” displeyləri, enerjiyə qənaət etməyə imkan verən batareya, daha səmərəli A15 çipi və sürətli enerji yığma sistemi ilə təchiz olunub.

Yeni “iPhone” modelinin limitsiz imkanlarını “Azercell”lə kəşf etmək üçün oktyabrın 8-dən başlayaraq sifarişinizi qeyd edin və ən qabaqcıl “iPhone” cihazlarından ilk zövq alanlardan biri olun.

Ətraflı məlumat üçün “https://www.azercell.com” saytına daxil olun.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!