Site icon Frame.az

“AzerGold” QSC: Cari il üzrə 62,5 min unsiya qızıl hasilatı və ixracı planlaşdırılıb

Yanvar-avqust aylarında “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) QSC tərəfindən 28,1 min unsiya qızılın hasilatı, 23,1 min unsiya qızılın ixracı həyata keçirilib.

QSC-dən bildirilib ki, bununla cari ilin ötən 8 ayı üçün müəyyənləşdirilmiş qızıl hasilatı planı 0,5 faiz, qızıl ixracı planı isə 3 faiz artıq icra edilib. Ümumilikdə, cari il üzrə 62,5 min unsiya qızıl hasilatı və ixracı planlaşdırılıb ki, bu da ötən ilin göstəriciləri ilə müqayisədə hasilatda 1 faiz, ixracda isə 4,4 faiz daha artıq hədəfdir.

Cari ilin 8 ayı ərzində icra olunan hasilat və ixrac əməliyyatları ötən ilin eyni dövrü ilə müqayisədə az olsa da, plan üzrə davam etdirilən uğurlu fəaliyyət nəticəsində ilin sonunadək müəyyənləşdirilmiş illik hasilat və ixrac hədəflərinin üstələnməsi nəzərdə tutulub.

2022/2023-cü illərin yanvar-avqust ayları üzrə hasilat və ixrac göstəriciləri
  2022-ci il 2023-cü il Ötən ilin ilk 8 ayı ilə müqayisə Cari ilin ilk 8 aylıq planı ilə müqayisə
Qızıl hasilatı 36,864 Oz 28,132 Oz 24%↓ 0.5%↑
Gümüş hasilatı 127,829 Oz 79,934 Oz 37%↓ 49.6%↑
Qızıl ixracı 33,160 Oz 23,122 Oz 30%↓ 3%↑
Gümüş ixracı 110,885 Oz 61,541 Oz 45%↓ 39%↑
Qızılın ixrac dəyəri 103,969,527 AZN 76,538,340 AZN 26%↓ 25%↑
Gümüşün ixrac dəyəri 4,108,106 AZN 2,504,725 AZN 39%↓ 85%↑
Cəmi ixrac gəliri 108,077,634 AZN 79,043,065 AZN 27%↓ 26%↑

 

2022/2023-cü illərin yanvar-avqust ayları üzrə daxili bazar satışları
  2022-ci il 2023-cü il Ötən ilin ilk 8 ayı ilə müqayisə
Qızılın daxili satışı 1,929 Oz 3,938 Oz 104%↑
Gümüşün daxili satışı 7,141 Oz 23,518 Oz 229%↑
Qızılın daxili satış dəyəri 6,662,791 AZN 13,461,556 AZN 102%↑
Gümüşün daxili satış dəyəri 303,934 AZN 981,732 AZN 223%↑
Daxili satış üzrə cəmi gəlir 6,966,725 AZN 14,443,288 AZN 107%↑

 

2022/2023-cü illərin yanvar-avqust ayları üzrə cəmi satış gəlirləri
  2022-ci il 2023-cü il Ötən ilin ilk 8 ayı ilə müqayisə
Qızılın cəmi satış gəliri 110,632,318 AZN 89,999,896 AZN 19%↓
Gümüşün cəmi satış gəliri 4,412,041 AZN 3,486,456 AZN 21%↓
Cəmi gəlir 115,044,359 AZN 93,486,352 AZN 19%↓

Qeyd edək ki, sentyabrın 1-nə QSC tərəfindən qiymətli metalların yerli və xarici bazarlarda satışı nəticəsində əldə etdiyi ümumi gəlir 1 milyard 49 milyon 202 min manata çatıb. Əldə edilən vəsaitin 1 milyard 6 milyon 40 min manatını ixrac gəlirləri, 43 milyon 162 min manatını isə daxili bazar satışlarından əldə edilən gəlirlər formalaşdırır.

Xatırladaq ki, 2017-ci ildə Daşkəsən rayonunda yerləşən yalnız 1 mədənin – “Çovdar” qızıl yatağının istismarı ilə yola çıxan “AzerGold” QSC ötən 7 il ərzində “Çovdar” yatağının cinahlarında, Daşkəsən və Göygöl rayonlarının ərazisində yerləşən daha 3 qızıl mədənini istismara verməyə nail olub. 2021-ci ildə “Ağyoxuş-1” qızıl mədənində istismar işləri tamamlanıb, “Çovdar”, “Mərəh” və “Tülallar” mədənlərində isə hasilat prosesi davam etdirilir. Paralel olaraq “AzerGold” QSC tərəfindən Naxçıvan Muxtar Respublikası, Balakən və Kəlbəcər rayonlarında mövcud qızıl, mis və digər əlvan metal sahələrində müxtəlif mərhələlərdə olan kəşfiyyat və tədqiqat işləri davam etdirilir.

 

Exit mobile version