EventsIqtisadiyyatTəqdimat

AZSIĞORTA əməkdaşı Mərkəzi Bankın attestasiya imtahanında ən yüksək nəticəni əldə edib

11 iyun 2021-ci il tarixində sığorta sahəsi üzrə Azərbaycan Respublikasının Mərkəzi Bankında rəhbər işçilər üçün keçirilən attestasiyada AZSIĞORTA ASC-nin əməkdaşı da iştirak edib.

Şirkətin İdarə Heyəti sədrinin müavini Elbrus Fərzəliyev 96 bal toplamaqla, həm attestasiyanı müvəffəqiyyətlə başa vurub, həm də namizədlər arasında ən yüksək nəticəni əldə edib.

Qeyd edək ki, “Sığorta sahəsində attestasiyanın təşkili və keçirilməsi” Qaydasının 4.6-cı bəndinə əsasən attestasiyada iştirak edən şəxs 70 test tapşırığına düzgün cavab verdikdə attestasiyadan keçmiş hesab olunur.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!