AZSIĞORTA aqrar sığortaya fokuslanır

AZSIĞORTA ASC biznes strategiyasında dəyişiklik edərək aqrar və əmlak sığortası üzrə satışı genişləndirir.

Şirkət yeni strategiya ilə daha çox aqrar sığortaya fokuslanmağı, o həmçinin hər zaman güclü olduğu əmlak sığortası üzrə portfelini genişləndirməyi hədəfləyir.

Ötən il cəmi 90 kənd təsərrüfatı subyekti AZSIĞORTA vasitəsi ilə sığorta təminatı əldə etdiyi halda, cari ilin ilk 7 ayında bu rəqəm 24 dəfə artaraq 2000-i ötmüşdür. Şübhəsiz, şirkətin bu istiqamətə daha çox resurs cəlb etməsi labüddür. Bunu nəzərə alaraq AZSIĞORTA Direktorlar Şurası, avqustun 9-da biznes strategiyasında dəyişiklik etməklə Avtonəqliyyat Vasitəsi Sahiblərinin Mülki Məsuliyyətinin İcbari Sığortası üzrə satışlarını dayandırmaq qərarına gəlmişdir. Bu barədə tənzimləyici müvafiq qaydada məlumatlandırılmışdır. Əlbəttə, AZSIĞORTA qüvvədə olan bütün sığorta polisləri üzrə öhdəliklərini tam şəkildə yerinə yetirəcək.

“AZSIĞORTA öz prinsiplərinə sadiq qalaraq şirkətin maliyyə dayanıqlığını qorumaq və müştərilərə hər zaman daha yaxşı xidmət göstərmək üçün çalışır. Hazırda şirkət ölkənin aqrar sığorta sistemi ilə, Aqrar Sığorta Fondu və təsisçilərindən biri olduğumuz Aqrar Sığorta Müştərək Sığorta Şirkəti ilə əməkdaşlığı dərinləşdirərək, kənd təsərrüfatı sığortasına fokuslanır. Eyni zamanda bizim üçün ənənəvi olan əmlak və məsuliyyət sığortası üzrə fəaliyyət də inkişaf etdiriləcək. Əminəm ki, bu yeni istiqamətlə AZSIĞORTA mövqeyini daha da gücləndirəcək, qeyd edilən sığorta növləri üzrə bazara təqdim olunacaq yeni məhsullarla müştərilərin diqqətini cəlb edəcək”, deyə AZSIĞORTA ASC-nin Direktorlar Şurasının sədri Viladi Maniyev bildirib.

Ölkənin kapitallaşmaya görə aparıcı sığorta şirkətlərinin ilk üçlüyünə daxil olan AZSIĞORTA ASC 2006-cı ildən fəaliyyət göstərir.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: