FinansIqtisadiyyatTəqdimat

“AZSIĞORTA” ASC 31 ədəd səhmin geri satın alınmasını reallaşdırıb

Biznes maraqlarının qorunması üçün hərtərəfli sığorta proqramları, eləcə də fiziki şəxslər üçün geniş çeşidli sığorta məhsulları portfelinə malik “AZSIĞORTA” Açıq Səhmdar Cəmiyyəti 31 ədəd səhmin geri satın alınmasını həyata keçirib.

Azərbaycanın ən iri özəl sığorta şirkətlərindən biri olan “AZSIĞORTA”nın Mətbuat Xidmətindən verilən məlumata görə, səhmlərin geri satın alınması nəticəsində nizamnamə kapitalı azaldılaraq, 14.007.000 (on dörd milyon yeddi min) manat təşkil edəcək.

Qeyd edək ki, bununla bağlı kreditorlar bir ay ərzində Cəmiyyətin Bakı şəhəri, İzmir küçəsi 8, Hyatt Tower 3 ünvanında yerləşən baş ofisinə müraciət edə bilərlər.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!