EventsFinansIqtisadiyyatTəqdimat

AZSIĞORTA-nın xalis mənfəəti 2,4 dəfə artıb

Azərbaycanın ən stabil sığorta şirkətlərindən olan AZSIĞORTA ASC 2020-ci ili 1,9 milyon manat xalis mənfəətlə başa vurub.

Qeyd edək ki, AZSIĞORTA tərəfindən həyata keçirilən optimallaşdırma tədbirləri nəticəsində hazırki pandemiya şəraitinə baxmayaraq şirkətin 2020-ci il üzrə xalis mənfəəti 2019-cu illə müqayisədə 2,4 dəfə artıb.
2020-ci ilin maliyyə göstəricilərinə əsasən, ötən il AZSIĞORTA-nın məcmu gəlirləri 14,6% artaraq 21,98 milyon manat, cəmi xərcləri isə 7,9% artaraq 19,658 milyon manata çatıb. Bununla yanaşı, şirkətin mənfəət vergisi üzrə ödəmələri 2,4 dəfə artaraq 464 min manat təşkil edib.

Cari ilin yanvar ayının 1-nə AZSIĞORTA-nın aktivləri 64,246 milyon manat olub ki, bu rəqəm ötən ilin əvvəli ilə müqayisədə10,3%yüksəkdir.

Hesabat dövründə şirkətin öhdəlikləri 34,1% artaraq 31,086 milyon manata çatıb, balans kapitalı isə 33,16 milyon manat təşkil edib.

Xatırladaq ki, ölkənin kapitallaşmaya görə aparıcı sığorta şirkətlərinin ilk üçlüyünə daxil olan AZSIĞORTA ASC 2006-cı ildən fəaliyyət göstərir. Şirkətin nizamnamə kapitalı 20,3 milyon manatdır.

Frame.az

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!