AZSIĞORTA ASC avtomobillərin təmir stansiyaları üçün açıq tender elan edir.
Tenderdə iştirak etmək istəyən müəssisələr aşağıdakı meyarlara cavab verməlidirlər:
Təmir stansiyasının aşağıdakı ərazilərdən birində yerləşməsi:
– Yasamal – Badamdar
– Nəsimi – Binəqədi
– Babək prospekti.
– Nərimanov – Gənclik metro stansiyası.
Avtomobilin təmiri ilə bağlı bütün xidmətlərin bir məkanda yerləşməsi
Təmir stansiyasının yanğın-təhlükəsizlik qaydalarına riayyət etməsi və müşahidə-nəzarət kameraları ilə təchiz olunması
Qəzalı avtomobillər üçün dayanacağın olması
Qəzalı ehtiyyat hissələrinin saxlanılması üçün ambarın olması
Tenderdə iştirak etmək istəyən müəssisələr 07 may 2021-ci il tarixinədək müraciət məktubunu info@azinsurance.azünvanına göndərməlidirlər. Məktubun məzmununda (Subject) “Təmir stansiyasi / TENDER” ifadəsi qeyd olunmalıdır.