Site icon Frame.az

Bədii gimnastlarımız İsraildə keçirilmiş Qran-Pri yarışlarında beş medal qazanıblar

Olimpiya Oyunlarından əvvəl bədii gimnastlarımızın sonuncu sınağı İsraildə təşkil edilmiş Qran-Pri yarışları olub.

Frame.az Azərbaycan Gimnastika Federasiyasına istinadla xəbər verir ki, turnirdə iştirak etmək üçün Zöhrə Ağamirova, Arzu Cəlilova, eləcə də qrup hərəkətləri komandasının heyətində Zeynəb Hümmətova, Ləman Əlimuradova, Darya Sorokina, Yelizaveta Luzan və Nərminə Səmədova Tel-Əviv şəhərinə yollanıblar.

Qızlarımız komandamızın hesabına 5 bürünc medal yazdırıblar. Qrup hərəkətləri komandamız yarışda “het-trik” edib. Onlar yarışın birinci günündə çoxnövçülükdə, final günü isə həm 5 top, həm də 3 halqa və 2 cüt gürzlərlə çıxışlarına görə bürünc medal qazanıblar.

Daha iki bürüncü isə komandamızın aktivinə A.Cəlilova yazdırıb. Gənclərin dünya çempionatının ikiqat mükafatçısı olan A.Cəlilova Qran-Pri ilə birlikdə keçirilmiş beynəlxalq turnirdə top və gürzlərlə çıxışına görə dubl edib. Lentlə hərəkətlərdə finala adlamış Olimpiya Oyunlarına lisenziya sahibi Z.Ağamirova isə həlledici mərhələdə 5-ci yerdə qərarlaşıb.

Exit mobile version