Site icon Frame.az

Bəs belə mərkəzlər olmasaydı seçim nə olardı?

2003-cü ildən bəri həyata keçirdiyimiz real işlər, proqram və layihələr ilə yaxından tanış olmaq, ümumiyyətlə UAFA təşkilatının ölkənin sosial inkişafındakı mühüm rolunu gostərmək, sosial dəstəyin vacibliyini və ölkənin sosial inkişafına davamlı yatırım etmənin önəmli olduğunu vurğulamaq məqsədilə TV, Sosial Media, jurnalist və bloggerləri 23 oktyabr 2016-cı il tarixində Gəncəyə səfərə dəvət etdik.

1 günlük səfər zamanı onlar UAFA Gəncə İcma Əsaslı Reabilitasiya (İƏR) mərkəzində müxtəlif əlilliyi olan uşaqlarla aparılan qrup və fərdi məşğələləri izlədilər, onları maraqlandıran bütün sualları valideynlərə, mərkəzin uşaq inkişafı mütəxəssislərinə vermək imkanı qazandılar. Sonra ölkə və dűnya miqyaslı yarışlarda iştirak edərək medallar qazanmış, Azərbaycan bayrağını dalğalandırmış İdman dərnəyi üzvlərinin bacarıqlarına tamaşa etdilər. Dram dərnəyi üzvlərinin hazırladığı tamaşaya baxmaq üçün Gəncə Dram Teatrını ziyarət isə bu səfərin ən təsirli hissəsi oldu. Əvvəllər danışmaqda çətinlik çəkən uşaqlar öz mahir ifaları ilə hər kəsi heyran qoyaraq KİV nümayəndələrinin göz yaşlarına səbəb oldular.

Nəticədə 2003-cű ildən bu günədək UAFA Gəncə İƏR mərkəzinin xidmətlərindən bəhrələnən əlilliyi olan uşaqların necə uğurla cəmiyyətə inteqrasiya etməsi, özlərinə inam hissi qazanmaları, məktəb və universitet təhsili alması, böyűk səhnələrdə çıxış etmələri, yarışmaları haqqında aydın təsəvvür yarandı. Bu barədə eşitmişdik, amma gözlərimizlə gördükdən sonra bu işin necə vacib, lazımlı olduğunu anladıq deyə KİV nümayəndələri bildirirdilər.

Belə mərkəzlərin xidmətlərdən bəhrələnməsələr xüsusi qayğıya ehtiyacı olan bu uşaqlar gűnlərini evdə oturaraq keçirər, qonşulardan gizlədilər və valideynlərinə yűk olardılar, təhsildən və bűtűn sosial imkanlardan kənar qalar və ya internat evlərinə atılardılar.

Azərbaycana Birgə Yardım (UAFA) təşkilatı 1998-ci ildə yaradılmışdır və o vaxtdan bəri Azərbaycanda yoxsulluq, əlillik səbəbindən təcrid olunmuş uşaqlar və onların ailələri ilə işləməkdədir. UAFA 2003-cü ildə Gəncə şəhərində Azərbaycanda ilk regional İcma Əsaslı Reabilitasiya (İƏR) mərkəzinin əsasını qoymuşdur. Məqsəd aztəminatlı və əlilliyi olan uşaqlar üçün müasir reabilitasiya metodlarından istifadə etməklə təmənnasız xidmətlər həyata keçirməkdir.

Bu illər ərzində bir çox xarici mütəxəssislərdən təlimlər almış işçi heyətimiz 1000-dən çox uşağa xidmət göstərmişdir. Nəticədə uşaqlarda özünəxidmət bacarıqları inkişaf etmiş, cəmiyyətə aktiv surətdə inteqrasiya olunmuş, təhsilə cəlb olunmuş, özünə inamları artmışdır. Bəziləri hətta respublika və beynəlxalq səviyyəli yarışlarda qalib olmuşlar.

Səfərin maliyyə xərclərini qarşılamış AG Bank və AZAL şirkətinə xüsusi minnətdarlığımızı bildiririk! United Aid For Azerbaijan (UAFA) Frame.az 14729113_1187739361286531_6364849320246651827_n

 

Exit mobile version