Baku Shopping Festival

“Bahar Optics” qiymətləri Festival üçün endirdi!

Bu gündən etibarən «Bahar Optics»-in Bakının iri alış-veriş mərkəzlərində yerləşən mağazaları Bakı Şopinq Festivalının iştirakçısı statusu alıblar və mayın 10-dək Metropark AVM və Gənclik Mall-da yerləşən “Bahar Optics” mağazalarında alış-veriş etməkdə Bakılılar və şəhərimizin qonaqlarına böyük güzəştlər təqdim edəcəklər.

Bakı Şopinq Festivalının alıcılara təqdim etdiyi endirim aksiyalarına qoşulan həmin mağazalarda alınan mallara xüsusi endirimlər təqdim ediləcək, eləcə də, ƏDV-ni geri almaq mümkün olacaq. Bakı Şopinq Festivalı çərçivəsində alıcılar “Baku Shopping Festival – Tax Free” stikerini gördükləri mağazalarda Festival zamanı aldıqları malların əlavə dəyər vergisini (ƏDV) geri ala biləcəklər.

Festivala qoşulan mağazaların sayı hər gün artmaqdadır. Qeydiyyatdan keçmiş və hər gün əlavə olunan yeni mağazaların ümumi siyahı ilə http://bakushopfest.com/our-stores/ linkində tanış olmaq olar. Həmin mağazalar mayın 10-nadək müştərilərə endirim və güzəştlər təqdim edəcəklər.

Sevdiyiniz, bəyəndiyiniz malları  sərfəli qiymətlərlə əldə edib üstəlik  ƏDV vergisini də geri almaq istəyirsinizsə Baku Şopinq Festivalı boyu iştirakçı  mağazalarda alış-veriş etməyə tələsin!

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!