Site icon Frame.az

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib

“Azərbaycan Dəmir Yolları” QSC Bakı-Ağstafa-Bakı marşrutu üzrə artmaqda olan sərnişin tələbatı ilə əlaqədar olaraq iyulun 29-30-da hər iki istiqamət üzrə əlavə qatar reysləri təyin edib.

QSC-dən bildirilib ki, iyulun 29-u və 30-da əlavə reys üzrə saat 08:25-də Bakı Dəmiryol Vağzalından yola düşən qatar Ağstafaya saat 13:22-də çatacaq. Əks istiqamət üzrə həmin tarixlərdə əlavə reyslə saat 17:10-da Ağstafadan yola düşən qatar Bakı Dəmiryol Vağzalına saat 22:10-da çatacaq.

Xatırladaq ki, Bakı-Ağstafa-Bakı marşrutu üzrə ənənəvi qrafiklə hər gün saat 08:45-də Bakıdan yola düşən qatar saat 13:42-də Ağstafaya, əks istiqamətdə saat 18:15-də Bakıya yola düşən qatar isə saat 23:15-də mənzilbaşına çatır.

Marşrut üzrə Bakıdan Yevlaxa kimi bir istiqamətə gediş haqqı standart yerlərdə 13 AZN, Bakı-Goran istiqaməti üçün 14 AZN, Bakı-Gəncə istiqaməti üçün 15 AZN, Bakı-Qovlar istiqaməti üçün 16 AZN, Bakı-Tovuz istiqaməti üçün 16 AZN, Bakı-Ağstafa istiqaməti üçün 17 AZN təşkil edir.

Biletləri vağzalların kassalarından və ya ADY-nin rəsmi saytından () onlayn əldə etmək mümkündür.

 

Exit mobile version