Bakı Caz Festivalı 2022-ci il payızın ən parlaq və irimiqyaslı bayramı olmağı vəd edir

Beləliklə, 17-ci Beynəlxalq Bakı Caz Festivalının proqramı onun miqyasını və yüksək statusunu müəyyən edir. İlk növbədə, on dörd ölkədən tamamilə heyrətamiz caz musiqiçilərin iştirakı! İtaliya, Fransa, Türkiyə, Lüksemburq, Macarıstan, İsveçrə, Norveç, İsrail, Belçika, Hollandiya, Almaniya, Braziliya, Argentina və əlbəttə ki, Azərbaycan. Burada vokal, dodaq qarmoşkasında və truba ifaçıları, saksofonçular, virtuoz pianoçular var – onlarla festivalın saytında, həmçinin instagram və facebook səhifələrində tanış olmaq olar.

Bakı Caz Festivalı öz proqramını hər il rəngarəng və maraqlı tədbirlərlə tamamlayır. Belə ki, bu il konsertlərlə yanaşı, Bakı sakinləri və şəhərin qonaqları ödənişsiz eventlərə də baş çəkə biləcəklər. Bu sentyabrın 23-də Heydər əliyev Mərkəzinin parkında keçiriləcək festivalın açılışı, QGallery-də “Caz rəqs edənlər” art sərgi, YARAT Yaradıcılıq Mərkəzində caz filmin nümayişidir. Onlar həmçinin canlı musiqi ilə City Jazz Tour avtobusu ilə paytaxtı sehr edə biləcəklər. Və bu proqramın yalnız bir hissəsidir.

Qeyd etmək lazımdır ki, Bakı Caz Festivalı 2022 əsasən gənclərə istiqamətlənib, konsertlərin böyük hissəsi şəhərimizin dəbdə olan klublarında keçiriləcək. Festival paytaxtın Heydər əliyev Mərkəzi, Muğam Mərkəzi, Enerji Club, Madrid Restobar, Port Wine and Grill, ADA universiteti, YARAT, Jakonda, QGallery kimi meydançalarında keçiriləcək.

Sentyabrın 23-dən 30-dək şəhərin doqquz səhnəsində gündə 3-4 konsert keçiriləcək, dinləyicilərin isə zövqlərinə uyğun konsertləri seçmək imkanı yaranacaqdır. Bakı Caz Festivalı cazın tamamilə müxtəlif istiqamətlərini təklif edir – braziliyanın bossa novasından başlayan və elektron musiqi ilə bitən. Axşam konsertlərindən sonra isə musiqi bayramının ən maraqlı hissəsi – cem seyşn Azərbaycan musiqiçilərinin və xarici ifaçıların birgə iştirakı ilə davam edəcək.

Bakı Caz Festivalının proqramına hər il “I am Jazzman!” caz ifaçılarının müsabiqəsi daxildir və bu müsabiqənin məqsədi gənc istedadları üzə çıxarmaqdır. Bu il müsabiqənin peşəkar münsiflər heyətinə Türkiyə, Fransa və Azərbaycandan olan musiqiçilər daxil olacaqlar.

Festivalın daha bir maraqlı hadisəsi yeni nəfəsini alan vinil plastinkası mövzusuna həsr olunmuş gecə olacaq ki, burada da xüsusi məhdud tirajlı X.O. Jazz Azərbaycan konyakını təqdim olunacaq.

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: