“Bakı Caz Festivalı-2020” koronavirus pandemiyası səbəbindən AzTV məkanından təqdim ediləcək.
Frame.az xəbər verir ki, artıq ənənəyə çevrilmiş festival oktyabrın 9-dan 11-dək “Round midnight” ənənəvi caz standartına uyğun olaraq keçiriləcək. Festivalın xüsusi seçilən hadisəsi dünya caz ulduzlarının Bakıda keçirilmiş caz festivalları zamanı səhnəarxası həyatı barədə xüsusi buraxılış verilişləri olacaq.
On beş illik zaman ərzində Bakı Caz Festivalı Bakı şəhəri musiqi həyatının ayrılmaz hissəsinə çevrilib. Festival ərzində tamaşaçılara caz musiqisi üslublarının xüsusi rəngarəngliyi ilə seçilən konsertləri təqdim ediləcək. Onların arasında avanqard, ənənəvi caz, etnocaz kimi cərəyanlar nümayiş olunacaq. Bu hadisə dünyanın aparıcı telekanallarının diqqətini daima cəlb edir, hər il “Euronews” kanalı tərəfindən geniş işıqlandırılır.