EventsTəqdimat

Bakı Dövlət Sirki şəhid və qazi ailələrinin övladları üçün şou proqram təşkil edib

Bakı Dövlət Sirki şəhid və qazi ailələrinin övladları üçün rəngarəng və dolğun proqramla çıxış edib.

“Beynəlxalq Sirk: Festival Qalibləri” adlı proqram oktyabrın 12-dən start götürüb.

Proqramın zəngin repertuarında əcnəbi qonaqların heyrətləndirici çıxışlarına yer verilib. Belə ki, klounların peşəkar ustalığı, möhtəşəm illüziya şousu, hava gimnastlarının fəndləri və digər beynəlxalq sirk ustalarının çıxışları sözün əsl mənasında bütün tamaşaçıları heyrətləndirib.

Bakı Dövlət Sirki uzun illər sonra ilk milli sirk nömrəsini də formalaşdırıb. Sirk nömrəsində Qarabağ atları ilə rəqqasların birgə çıxışı sayəsində məzmunundan uzun illər danışılacaq möhtəşəm və xüsusi kompozisiya ərsəyə gəlib. Sözügedən kompozisiya beynəlxalq sirk arenasında nümayiş oluna biləcək ilk milli sirk şousu olacaq.

Qeyd edək ki, “Beynəlxalq Sirk: Festival Qalibləri” adlı sirk proqramının təşkilatçısı dünyaşöhrətli azərbaycanlı sirk ustası, Ümumdünya Sirk Sənəti Festivalının ali mükafatları laureatı Allahverdi İsrafilovdur. Beynəlxalq sirk proqramı noyabrın 27-dək davam edəcək.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!