EventsMədəniyyətTəqdimat

Bakı Musiqi Akademiyasının 100 illiyi onlayn canlı bağlantı və konsertlə qeyd edilib

İyunun 22-də Estoniya Musiqi və Teatr Akademiyası və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) təşkilatçılığı ilə BMA-nın 100 illiyi münasibətilə onlayn canlı bağlantı və konsert keçirilib.

Xalq artisti, professor Yeganə Axundova Prezident İlham Əliyevin 2021-ci il 26 may tarixində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 100 illiyinin qeyd edilməsi ilə əlaqədar Sərəncam imzaladığını və bu münasibətlə artıq bir çox silsilə tədbirlərin keçirildiyini və davamlı olacağını bildirib.

Sonra Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti, professor Fərhad Bədəlbəyli, Estoniya Musiqi və Teatr Akademiyasının rektoru, professor İvari İlja çıxış ediblər. Hər iki rektor Estoniyanın və Azərbaycanın dost ölkələr olaraq daim bir-birinin mədəniyyətinə hörmətlə yanaşdıqlarını vurğulayıblar. Professor İvari İlja, həmçinin Bakı Musiqi Akademiyasının 100 illiyi münasibətilə öz təbrikini çatdıraraq, bu təhsil ocağının musiqi tarixində böyük rol oynamasını və bir əsr boyunca Akademiyanın dünyaca məşhur, görkəmli musiqiçilər yetişdirdiyini, böyük nailiyyətlər əldə etməsini qeyd edib.

F.Bədəlbəyli də ilk öncə xoş sözlərə və təbriklərə görə Estoniya Musiqi və Teatr Akademiyasının rektoru və bütün kollektivinə dərin təşəkkürlərini bildirdi. F.Bədəlbəyli öz növbəsində İvari İljanın istedadlı bir ifaçı olmasını təqdir edərək həmkarını Azərbaycana dəvət edib.

Ardınca Estoniya Musiqi və Teatr Akademiyasının və BMA-nın tələbələri geniş konsert proqramı ilə çıxış ediblər.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!