TəqdimatƏn SonƏn Son

Bakı Nəqliyyat Agentliyi sürücülərə və piyadalara müraciət edib

Bakı Nəqliyyat Agentliyi sürücülərə və piyadalara müraciət edib.

Agentlikdən Frame.az-a bildirilib ki, gözlənilən kəskin hava şəraiti ilə əlaqədar çovğun olacağı, gecə saatlarında yolların buz bağlayacağı ehtimal edilir. Hava şəraitinin dəyişməsi ilə bağlı sürücülərə xüsusən enişli-yoxuşlu yollarda yarana biləcək qəza və digər xoşagəlməz halların qarşısının alınması üçün diqqətli olmaları tövsiyə edilir.

Sürücülərə tövsiyə olunur ki, sürət həddinə əməl etməklə yanaşı, meteoroloji amillər nəzərə alsınlar və digər hərəkət iştirakçılarına qarşı anlayışla davransınlar. Ümumilikdə isə qarlı və şaxtalı hava şəraitinin davam etdiyi günlərdə ictimai nəqliyyatdan istifadəyə üstünlük verilməsi tövsiyə olunur.

Sərnişinlərdən avtobus dayanacaq pavilyonlarında gözləyərkən diqqətli olmaları, dayanacaq məntəqəsinin ərazisindən kənarda avtobusa minib-düşməmələri xahiş edilir.

Həmçinin Nəqliyyat Mübadilə Mərkəzlərinin ərazisində eyni qaydalara riayət edilməlidir. Eyni zamanda, piyadalara yolu qarşı tərəfə keçərkən mütləq qaydada piyada keçidlərindən istifadə etmələri tövsiyə olunur.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!