EventsFestivallarMədəniyyətTəqdimat

Bakı Piano Festivalı Landmark Rotunda Roof Garten yay məkanında Tord Qustavsen Triosunu Bakı ictimaiyyətinə təqdim etdi

Məşhur norvec pianoçu və bəstəkar Tord Qustavsen düşüncəli Skandinaviya lirikasını və müasir cazı Skandinaviya xalq musiqisinin elementləri, Afrika-Amerika motivləri, Avropa protestant himnləri, Afro-Karib melodiyaları, harmoniya və ritmləri ilə uğurla birləşdirib.

Dörd yaşından etibarən Tord fortepianoda ifa edir və musiqi notasını mənimsədiyindən xeyli tez bəstələyib improvizasiya etməyə başlayıb. O, uşaqlıqdan müxtəlif tədbirlərdə və kilsələrdə oynayıb, klassik və öz əsərlərini, gospel və caz füzyonunu ifa edib.

Tord Qustavsen musiqidə təzə və radikal lakonik səmimi gözəllik axtarışındadır. O, daim tədqiq etmək, emosional intensivliyi və zərifliyi meditativ musiqi vəziyyətinə inteqrasiya etmək üçün çalışır. Tord Qustavsen öz adı ilə və trio, kvartet və kvintet formatlarında bir sıra musiqi albomları buraxmışdır.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!