Baku City CircuitFormula 1Idman

Bakı Şəhər Halqasının dəstəyilə qolf turniri keçirilib

Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) təşkilatçılığı ilə “Dreamland” Qolf Klubunda qolf turniri keçirilib. Formula 1 Azərbaycan Qran Prisinə dəstək məqsədilə keçirilən turnirə 17 komanda olmaqla, yerli və xarici 68 qolfçu qatılıb.

Turnir zamanı komandalar meydançada 18 dəlik üzrə mübarizəyə aparıblar. Yarış dörd saat davam edib.

Turnirin qalibləri Elman Rzayev, Eldar Kərimov və Xəlil Hüseynov 62 zərbənin yekununda 55.3 balla (net) ən yüksək pilləyə layiq görülüb. 65 zərbənin yekununda 56.6 (net) bal qazanan Kris Viliams, Qrant Vatson, Alasteir Duqlas və Skot Paterson isə ikinci yerdə qərarlaşıb. Üçüncü yer mükafatçıları isə 59 (net) balla Robert Stivinson, Edvard Edqar, Con Salins və Andru İkstrums olub.

“Bakı Şəhər Halqası olaraq artıq 5 ildir ki, buturnirə öz dəstəyimizi göstəririk. Düşünürəm bu dəfə də iştirakçılar maraqlı oyun nümayiş etdirdilər. “Dreamland” Qolf Klubuna bu xoş qonaqpərvərliyi üçün təşəkkür edirik. Hər kəsi 10-12 iyun tarixində baş tutacaq yarışımıza dəvət edir, əyləncə dolu həftəsonu arzu edirik.”- deyə Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin kommersiya şöbəsinin rəhbəri Bülent Özerdim bildirib.

 

 

 

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!