Baku City CircuitFormula 1IdmanTəqdimat

Bakı Şəhər Halqası Formula 1 Azərbaycan Qran Prisi öncəsi media üçün seminar keçirib

18 aprel tarixində Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) KİV nümayəndələri üçün media mərkəzinin fəaliyyəti, iş qrafiki, akkreditasiya prosesi, jurnalist və fotoqrafların iş prinsipləri barədə seminar təşkil edib.

Seminarda 2023-cü il Formula 1 Azərbaycan Qran Prisi haqqında ümumi məlumat, ölkəyə gələcək komandaların heyəti, yarış təqvimi haqqında məlumat verilib.

Qeyd olunub ki, ümumilikdə 90-a yaxın yerli media nümayəndəsinin akkreditasiya müraciəti qeydə alınıb. Formula 1 Azərbaycan Qran Prisi daxil olmaqla bütövlükdə 2023-cü il Formula 1 yarışları üçün media nümayəndələrinin akkreditasiyası Beynəlxalq Avtomobil Federasiyası (FIA) və Formula One Management (FOM) şirkəti tərəfindən tənzimlənir.

Paytaxt Bakının yeddinci dəfə ev sahibliyi edəcəyi Formula 1 Azərbaycan Qran Prisi 28-30 aprel tarixlərində baş tutacaq. Yarış çərçivəsində Bakıda ilk dəfə Sprint yarışı baş tutacaq. 

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!