EventsTəqdimat

Bakı Şopinq Festivalı 10 aprel – 10 may tarixlərində keçiriləcək

Bu il Azərbaycanda ilk Bakı Şopinq Festivalı 10 aprel – 10 may tarixlərində keçiriləcək.

Müvafiq sərəncama və prezidentin ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsindəki ticarət festivallarının keçirilməsi üzrə qoyulmuş tapşırığına əsasən, festivalın hər il təşkili Mədəniyyət və Turizm Nazirliyinin nəzdində olan Azərbaycan Konqreslər Bürosuna həvalə olunub.

Bakı Şopinq Festivalı xarici turistlərlə yanaşı yerli istehlakçılar üçün də əlverişli alış-veriş və müxtəlif maraqlı əyləncə imkanları təqdim edəcək. Geniş miqyasda təbliğ edilən belə bir tədbirin Bakıda keçirilməsi ölkəyə gələn turistlərin sayını artıracaq, turizm, qonaqpərvərlik, ticarət, nəqliyyat və digər sahələrin inkişafına təkan verəcək. Ticarətin daha intensiv çalışması ilə yanaşı festivallar adətən müxtəlif əyləncə xarakterli tədbirlərlə də müşayiət olunur. Konsertlər, premyeralar və moda nümayişləri kimi xüsusi tədbirlər festivalların əsl bayrama çevrilməsi üçün şərait yaradır.
http://bakushopfest.com/ Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!