Hər il keçirilən Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisi 6-8 aprel tarixlərində BakuEkspo Mərkəzində keçirilir.
Sayca 16-c olan sərgi növbəti dəfət turizm bazarının nümayəndələrini, dövlət strukturlarını, xarici ölkələr və bölgələr ilə işləyən turizm şirkətlərini və medianı bir araya toplayacaq. Xəzəryani turizm sənayəsinin ən önəmli tədbirlərindən biri olan sərgidə önəmli görüşlərin keçirilməsi, tərəfdaşlıq müqavilələrinin bağlanması, yeni istiqamət və proqramların elan edilməsi gözlənilir.
Ölkəmizdə ilk dəfə 10 aprel-10 may 2017-ci il tarixlərində keçiriləcək Bakı Şopinq Festival da bu önəmli tədbirdə iştirak edir.
Bakı Şopinq Festivalının stendindən Festivalda iştirakla bağlı ətraflı məlumat almaq, iştirakçı sahibkar qismində qoşulmaqla bağlı müraciət ərizəsini doldurmaq, festivala qoşulmuş digər mağaza və obyektlər haqda məlumat almaq və Azərbaycan vətəndaşıarında və xarici ölkə vətəndaşlarına ƏDV-nin(BakuShopping Festival – Tax Free) qaytarılması sisteminin necə işləməsi ilə bağlı tanış olmaq mümkün olacaq. Frame.az