Baku Shopping Festival

Bakı Şopinq Festivalından daha bir fürsət

Baku Electronics mağazası da Festivala qoşularaq alıcılar üçün xüsusi güzəşt kampaniyasına start verdi. Bu gündən etibarən Bakı şəhəri, Binəqədi şossesi ev 168B ünvanında yerləşən mağazasında endirimlər başladı.

Bakı Şopinq Festivalı günlərində bu mağazada seçilmiş mallara 50%-dək endirimlər tətbiq edilib. Üstəlik, alıcılar, “Baku Shopping Festival – Tax Free” stikerini gördükləri mağazada Festival zamanı aldıqları malların əlavə dəyər vergisini (ƏDV) geri ala biləcəklər.

Bu fürsətdən hər kəs, festivalın sonuncu gününə – mayın 10-dək istifadə edə bilər!

Festivala qoşulan mağazaların sayı hər gün artmaqdadır. Qeydiyyatdan keçmiş və hər gün əlavə olunan yeni mağazaların ümumi siyahı ilə http://bakushopfest.com/our-stores/  linkində tanış olmaq olar.

Sevdiyiniz, bəyəndiyiniz malları sərfəli qiymətlərlə əldə edib üstəlik  ƏDV vergisini də geri almaq istəyirsinizsə Baku Şopinq Festivalı boyunca iştirakçı  mağazalarda alış-veriş etməyə tələsin!

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!