Baku Shopping Festival

Bakı Şopinq Festivalından restoranlara pulsuz yemək aksiyası davam edir

Bakı Şopinq Festivalında 200 manatdan çox alış-veriş edən müştərilərə şəhərimizin bir sıra məşhur restoranlarında yemək kuponlarının hədiyyə edilməsi prosesi davam edir. Bu kampaniyaya qoşulan restoranların da sayı günbəgün artır. Festivalın son gününədək alıcılar ödəniş etmədən, həmin restoranların geniş çeşidli menyularından istədikləri yeməkləri sifariş edə bilərlər.

Bakının tarixi hissəsi olan İçərişəhərdə, Asəf Zeynallı küçəsi, 16 ünvanında yerləşən “Merci Baku” restoranına 15 manatlıq yemək kuponu hədiyyə edilir. Bu hədiyyə kuponlarından birini qazanmaq üçün 200-300 manatlıq alış-veriş etmək və ƏDV kampaniyasından yararlanmaq lazımdır.

Festival mağazalarında 200-300 manatlıq alış-veriş edərək ƏDV qaytarılmasından istifadə etmiş müştərilərə İnşaatçılar prospektində yerləşən “Pəncərə” restoranına, Zağulba qəsəbəsində yerləşən “Sherlocks” və İnşaatçılar prospekti, 33 ünvanında yerləşən “Mado Japanese Restaurant”a da 50 manatlıq yemək kuponları hədiyyə edilir. Bu kuponlara pulsuz sahib olmaq üçün Festivalda iştirak edən mağazalarda 200 manatdan 300 manatadək alış-veriş etmək və ƏDV qaytarılması kampaniyasından yararlanmaq lazımdır. “Mado”, “Pəncərə”“Sherlocks” restoranlarına hədiyyə edilən yemək kuponların üzərində hər üç restoranın adı qeyd olunub. Müştəri öz seçiminə əsasən, bu üç restorandan birində qonaq ola bilər.

Bundan başqa, festival mağazalarında 200-300 manat arasında şopinq edən alıcılara Bakının mərkəzində – Neftçilər prospekti, 62 ünvanında yerləşən “Fizza lounge”, Salatın Əsgərova küçəsi, 101-də yerləşən “Restoran 32” və Mərdanov qardaşları 6/1 ünvanında yerləşən “Cosa Nostra” restoranlarına 20 manatlıq yemək kuponları hədiyyə ediləcək.

Hədiyyə kuponlarını necə qazanmaq olar?

Bütün yuxarıda sadalanan restoranlara hədiyyə kuponları Port Baku, Park Bulvar, Metro park, 28 Mall və Gənclik Mall-da yerləşən Baku Shopping Festival-Tax Free köşklərində təqdim edilir. Kuponu əldə etmək üçün alıcı Tax Free köşkünə yaxınlaşaraq ƏDV qaytarılması haqda sənədi təqdim edir. Festival əməkdaşları vergi hesab fakturasını yoxladıqdan və tələb olunan prosedurdan sonra alış-veriş zamanı ödənilmiş məbləğə əsasən, hədiyyə ediləcək kuponu müştəriyə təqdim edir.

Nəzərinizə çatdırırıq ki, biletlər məhdud saydadır! Tələsin!

Kampaniya mayın 10-dək davam edəcək. Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!