Baku Shopping Festival

Bakı Şopinq Festivalının daha bir fəxri qonağı-Vera Brejneva

Bakı Şopinq Festivalı daha bir inanılmaz sürpriz hazırlayıb: məşhur “VİA Qra” qrupunun “qızıl” heyətinin cazibədar eks-solisti, populyar müğənni Vera Brejneva  BSF-nin fəxri qonağı olacaq.

O, festival çərçivəsində, aprelin 20-də “#Nömrə1” adlı konsert proqramı ilə çıxış edəcək. Vera Brejneva Heydər Əliyev Sarayında rəqslərlə, xüsusi effektlərlə möhtəşəm şou təqdim edəcək, həmçinin yeni mahnılarını ifa edəcək.

Müğənni Vera Brejneva Azərbaycan paytaxtında dəfələrlə konsert proqramı ilə çıxış edib. Bakı tamaşaçıları hitləri bütün postsovet məkanında məşhur olan və mümkün olan bütün mükafatlara layiq görülmüş bu istedadlı ifaçını hər dəfə böyük rəğbətlə və sevinclə qarşılayır.

Vera Brejneva ilə görüş – bu yazın əsas hadisəsi olacaq Bakı Şopinq Festivalını ziyarət etmək üçün daha bir əla səbəbdir.

İlk dəfə olaraq Bakı Şopinq Festivalı aprelin 10-dan mayın 10-dək Azərbaycan paytaxtında keçiriləcək.

BSF-nin rəsmi saytında qeydiyyatdan keçərək festivalın iştirakçısı statusu almış sahibkarların ticarət obyektlərində “Baku Shopping Festival – Tax Free” nişanları yerləşdiriləcək və həmin mağazalarda ƏDV qaytarılması üsulu tətbiq ediləcək. Bununla da alış-veriş daha da sərfəli və cəlbedici olacaq. ƏDV qaytarılması qaydasından xarici turistlərlə yanaşı, yerli sakinlər də faydalana biləcəklər.

Festival zamanı bir çox əyləncəli tədbirlərin təşkili və keçirilməsi planlaşdırılır, eləcə də, çoxsaylı sürprizlər, uduşlar və hədiyyələr sayəsində festival əsl bayrama çevriləcək.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!