Baku Shopping Festival

Bakı Şopinq Festivalının növbəti sürprizi – “Mademoiselle Boutique”

Bakı Şopinq Festivalı alış-veriş həvəskarlarına günbəgün daha çox brendin güzəştlərini təqdim etməkdə davam edir. Növbəti sürpriz “Mademoiselle Boutique” brend mağazası oldu.

Bu gündən etibarən “Mademoiselle Boutique” butikində də festival ab-havası yaşanacaq. BSF-də qeydiyyatdan keçərək Bakı Şopinq Festivalının iştirakçı statusu alan butikdə qiymət fərqini görmək üçün M.Əliyev küçəsi, 200 ünvanına gəlmək kifayətdir.

Bütün alıcılar mayın 10-dək “Mademoiselle Boutique” mağazasında alış-veriş etməklə böyük güzəştlər əldə edəcəklər. Burada şopinq həvəskarlarını 30 faizədək endirimlər gözləyir. Həmçinin ödənilmiş ƏDV də geri qaytarılır.

Bakı Şopinq Festivalı alıcıları “Baku Shopping Festival – Tax Free” loqosu olan “Mademoiselle Boutique” mağazasında alış-veriş etməklə, öz büdcəsinə 40 faizdən çox qənaət etməyə dəvət edir. Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!