EkologiyaFrame LifeSağlamlıqTəqdimat

Bakıda ağacların vahid reyestri yaradılır

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Bakı şəhəri Nərimanov rayonunda yerləşən Atatürk parkında ötən il dekabrın 28-də başlanan ağacların qeydiyyatı və nömrələnməsi layihəsi IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, eləcə də yerli icra hakimiyyəti orqanları və bələdiyyələrin birgə əməkdaşlığı ilə davam edir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Frame.az-a bildirilib ki, layihə çərçivəsində şəhərin inzibati ərazisində, o cümlədən park, yol kənarı və həyətyanı məhəllələrdə yerləşən bütün yaşıllıqların nömrələnməsi, o cümlədən onların vahid reyestrinin yaradılması nəzərdə tutulub.

Hazırda həmin qurumların və könüllülərin birgə fəaliyyəti ilə işlər davam etdirilir.

Bakıda ağacların qeydiyyatı və nömrələnməsi üzrə layihənin tərəfdaşları hər kəsi yaşıllıqların mühafizəsi və artırılmasına dəstək olmağa, təbiətimizin yaşıl gələcəyi naminə birləşməyə çağırır.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!