Beynəlxalq Kulinariya Günü Dünyada 2004-cü ildən qeyd edilir.
2004-cü ildə Dünya Kulinariya Təşkilatları Birliyi tərəfindən (WAKS – World Chefs), Dublində (İrlandiya) keçirilən Dünya Kulinariya Konqresində elan edilib. Hazırda 115 ölkə bu günü qeyd edir. Bu il Beynəlxalq Kulinariya günü çərçivəsində Azərbaycanda olan səfirliklərin iştirakı ilə “I Beynəlxalq çörək” festivalı keçirildi. Azərbaycanın 24 şəhər və rayonu xarici ölkələrdən Türkiyə, Özbəkistan, Qırğızıstan milli çörəklərini qonaqlara təqdim etdillər.
Tədbirdə Mədəniyyət və Turizm nazirinin müavini Sevda xanım Məmmədəliyeva, nazirliyin şöbə müdiri Fikrət Babayev və nazirliyin digər nümayəndələri, Millət vəkilləri Qənirə xanım Paşayeva, Ülviyyə xanım Ağayeva, Azərbaycanda fəaliyyət göstərən səfirliklər, media nümayəndələri tanınmış aşpazlar və s. iştirak etdilər.
Azərbaycan milli mətbəxinin təbliğində xüsusi roluna görə Natəvan Makili- Əliyevaya Azərbaycan Milli Mətbəx səfiri diplomu təqdim olundu.
Festival zamanı Azərbaycan Milli Kulinariya Mərkəzi və Azərbaycan Milli Kulinariya Assosasiyası tərəfindən bir il ərzində görülmüş işlərin hesabatı veridi.
Tədbirdə Bakıda fəaliyyət göstərən peşə məktəblərinin aşpazlıq fakültəsində təhsil alan tələbələr qruplar şəklində iştirak etdilər.
Milli mətbəxin təbliğində fəal iştirak etmiş aşpazlara, media nümayəndələrinə, şirkətlərə diplomlar təqdim olundu.
“I Beynəlxalq çörək” festivalında Azərbaycanın aşağıdakı şəhər və rayonlarından gələn iştirakçılar həmin bölgələrə məxsus çörəkləri sərgilədilər: Abşeron, Ağdaş, Ağsu, Astara, Bakı, Balakən, Gəncə, Göyçay, Xaçmaz, İmişli, İsmayıllı, Qax, Qusar, Laçın, Neftçala, Oğuz, Sumqayıt, Şamaxı, Şəki, Şuşa, Zaqatala, Zəngilan, Zərdab, Qobustan.
Festivalın sonunda qaliblər mükafatlandırıldı.