Bakıda da bizi analoji çətinliklər gözləyə bilər- Endryu Şovlin

Formula 1 çempionatının “Mercedes” komandasının baş yürüş mühəndisi Endryu Şovlin komandanın Monako mərhələsinin nəticəsində özünü göstərən çətinliklərin Bakı trasında da olacağından ehtiyat edir.

Aralıq dənizi knyazlığının şəhər trasında Corc Rasselə və Lyuis Hemiltona mövsümün əvvəlində olduğu kimi, eyni problem maneçilik törədirdi.

Barselona mərhələsində “Mercedes” komandası “Ferrari” və “Red Bull Racing”ə xeyli yaxın idi və orada bolidin destabilləşməsi daha az nəzərə çarpırdı. Lakin Monakoda problem geri döndü.

Endryu Şovlin deyib: “Birmənalı olaraq, Monakoda bolidin Barselona ilə müqayisədə daha effektli işləməsinə nail olmaq bizə xeyli çətin idi. İspaniyada biz yaxşı yürüş tempi nümayiş etdirdik, baxmayaraq ki, “Red Bull” və “Ferrari” komandalarından geriləməni azaltmaq üçün hələ çox iş görməli olacağımızı başa düşürdük.

Monakoda çətinliklər bu tras üçün xarakterik sayılan hamar olmayan səthlə əlaqədar idi, orada da bolidin klirensi (yolun səthi ilə avtomobilin mərkəzi hissəsinin ən alçaq nöqtəsi arasında məsafə) ilə bağlı problemlərimiz oldu. Bu, pilotların əminliyində özünü büruzə verirdi, yüksək sürəti saxlamaq onlar üçün çətin idi.

Bakıda da bizi analoji çətinliklər gözləyə bilər. Biz işləməkdə davam edir, avtomobilin hərəkət tərzini yaxşılaşdırmağa çalışırıq.

Bununla yanaşı, biz başa düşürük ki, təkcə effektli baza sazlamalarına nail olmamalıyıq. W13 müxtəlif növlü traslarda normal işləməlidir. Biz bütün bunlarla Bakı yürüşünə hazırlıq zamanı məşğuluq, lakin bununla yanaşı, daha uzaq perspektivə səmt götürürük, çünki qarşıda bizi başqa mürəkkəb traslarda da çıxışlar gözləyir”.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: